HighTechnic

hightechnic
Ads by Google

3258a91815fa5e5b1dbde666830f33f91480660232Bakıda “Təcili yardım” avtomobili qəzaya uğrayıb, xəstə ölüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu ərazisində, Hövsan yolunda baş verib.

Belə ki, Suraxanı rayonu 11 saylı Təcili Yardım Stansiyasının 24 nömrəli “Təcili yardım” avtomobili çağırış əsasında Hövsan qəsəbəsi Koorporativ ev 14 ünvanından kəskin mədə ağrısı ilə 61 yaşlı Əliyev Faiq Qədir oğlunu xəstəxanaya çatdırmaq istəyib. Hövsan yolunda “Azsamand” markalı avtomobil qəfildən “Təcili yardım” maşınına çırpılıb.

Əraziyə digər “Təcili yardım” avtomobili cəlb edilib. Lakin qəza nəticəsində yaralanan F.Əliyevin həyatını xilas etmək mümkün olmayıb. Onun yanındakı tibb bacısı isə qəza zamanı xəsarət alıb.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 96
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."