Bakıda tələbə dərs vaxtı bıçaqlandı

Bakıda tələbə dərs vaxtı bıçaqlandı

Müəllif: resul

Editor

bicaqlanmaBakıda tələbə bıçaqlanıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 15 saylı Bakı Peşə Liseyində qeydə alınıb. Belə ki, liseyin 2-ci kurs tələbəsi 18 yaşlı Orxan Səfərov 3-cü kurs tələbəsi 24 yaşlı Mirdamət Zeynalova iki bıçaq zərbəsi vurub. M.Zeynalov Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin əməkdaşları tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanaslına yerləşdirilib.

15 saylı Bakı Peşə Liseyinin direktoru Qurbanova Rəna Süleyman qızı bildirib ki, hadisə 2-ci dərsin sonunda tənəffüs vaxtı qeydə alınıb. “Mirdamət Orxanın oxuduğu sinifə daxil olub və onlara səs salmamağı tapşırıb. Bundan qəzəblənən Orxan da səhəri gün, yəni bu gün evdən bıçaq götürüb gəlib Mirdamətin kürəyindən və ayağından bıçaqlayıb. İlk dəfədir ki, bizim liseydə belə hadisə baş verir. Təcili yardımı çağırdım Mirdamət Zeynalovu xəstəxanaya apardılar”.

O.Səfərov Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gedərək könüllü təslim olub. Faktla əlaqədar Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti