yenicag.az

Bakıda tələbə və usta intihar ediblər

Bakıda tələbə və usta intihar ediblər

Müəllif: Redaktor

Editor

d6bce49f72f3cbddcb2f6d9a4a2c441b (1)Bakıda iki nəfər intihar edib.

Hadisələrdən biri paytaxtın Nizami rayonunda qeydə alınıb. Rayon sakini, 1993-cü il təvəllüdlü Türkan Eldar qızı Həsənzadə yaşadığı binanın damından özünü atıb. Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.

Məlumata görə, T. Həsənzadə Tibb Universitetinin tələbəsi olub. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Digər intihar hadisəsi isə Səbail rayonunda baş verib. Rayonun A. Abbaszadə küçəsində yerləş yaşayış binasının 6-cı mərtəbəsindəki mənzildə təmir işləri aparan usta, 1987-ci il təvəllüdlü İlqar Bəşir oğlu Aşurbəyov özünü eyvandan atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Hər iki faktla bağlı cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Kriminal, Banner, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti