yenicag.az
yenicag.az

Bakıda tələbələləri maşın vurdu,ölən və yaralanlar var

Bakıda tələbələləri maşın vurdu,ölən və yaralanlar var

Müəllif: Redaktor

Editor

telebekollajBakı Dövlət Universitetinin yataqxanasının qarşısında “Lada” markalı, 90 BE 265 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək 6 piyadanı vurub.
Yaralanan şəxslər Klinik Tibbi Mərkəzə (KTM) gətiriliblər.

Bu barədə AzNews.az-a KTM-dən məlumat verilib. Məlumata görə, xəsarət alanların əksəriyyəti tələbədir. Yaralıların şəxsiyyətini müəyyənləşdirmək mümkün olub:

 

Rzayev Fərhad (1999)
Qarayev Əhməd Daşqın (1995)
Səlimov Əhməd Sabir (1993)
Xəlilova Leyla Sabir qızı (1994)
Eyvazova Məryəm Əsəd qızı (1998)
Ələkbərzadə Cabir Elxan oğlu

Prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən “Lada Priora” markalı 90 BE 265 dövlət nömrə nişanlı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub. Onlardan birinin dünyasını dəyişdiyi bildirilir. İkisinin vəziyyəti isə ağırdır. Yaralılar xəstəxanaya aparılıb.

Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti