!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda telefon oğrusu saxlanılıb – Fotolar

!Reklam – Yazi

Binəqədi rayonunda telefon mağazası qarət olunub.

Yenicag.az-a daxil olan məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs isti izlərlə yaxalanıb. Binəqədi rayon polis idarəsinin əməliyatçıları Bakı şəhər sakini Mirzəkərim Yaqubova məxsus mobil telefon mağazasını qarət etməkdə şübhəli bilinən şəxsi yaxalayıb.

2 gün əvvəl gecə mağazaya daxil olan oğru oradan 1400 manat pul, 25 ədəd mobil telefon aparıb. Oğuruluqdan ilk xəbər tutan satıcı Tərlan Babazadə olub. Hadisə yerinə gələn Binəqədi rayon polis idarəsi 4 cü polis bölməsinin əməliyatçıları ətrafa quraşdırılmış mühafizə kameralarının görüntülərini baxış keçiribər.

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində mağazanı qarət etməkdə şübhəli bilinən Bakı şəhər sakini Yaşar Ziyadov saxlanılaraq istintaqa cəlb edilib. Oğurlanan mobil telefonlar Yaşar Ziyadovdan aşkarlanaraq zərərçəkmişə qaytarılsa da kassadan aparılan pulları geri qaytarmaq mümkün olmayıb. İlkin ifadəsində saxlanılan Yaşar Ziyadov kassadan oğurladığı 1400 manatı xərclədiyini bildirib.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanıb.

SaxlanılanYaşar Ziyadovun əvəllər də iki dəfə məhkum olunduğunu bildirilib.

Yenicag.az

www.yenicag.az

1920
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv