Bakıda uçqun olub: yaralananlar var

Müəllif: Redaktor

Editor

azeriqaz243fe5df3feb64Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində qeydə alınıb.

Güclü külək yol kənarındakı hasarı uçurub. Nəticədə ərazidə işləyən “Azəriqaz”ın işçiləri – 1968-ci il təvəllüdlü Ədalət Əliyev, 1986-cı il təvəllüdlü Natiq Mustafayev və 1965-ci il təvəllüdlü Hücaət Hüseynov xəsarət alıb.

Yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır, digərləri isə orta ağır qiymətləndirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(APA)


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır