Bakıda vəzifəli şəxs özünü niyə yandırdı? – AÇIQLAMA

Müəllif: Redaktor

Editor

600@01465475263Bakının Nəsimi rayonu ərazisində Bakı Beynəlxalq Dəniz Limanının şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. Limanın Nəqliyyat şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Respublika Yanıq Mərkəzinin müdiri Şöhrət Məmmədovun Modern.az saytına verdiyi məlumata görə, xəstənin vəziyyəti orta-ağır qiymətləndirilir

“57 yaşlı Fəxrəddin Səmədov 2-ci, 3-cü dərəcəli yanıq diaqnozu ilə xəstəxanaya daxil olub. Onun bədən səthinin 30 faiz yanıb. Hazırda palatada yerləşdirilib”.

Ş.Məmmədov xəstənin həyati təhlükəsi olmadığını qeyd edib:

“Hələlik vəziyyəti orta-ağırdır, anlaqlıdır. Özünün bildirdiyinə görə əlində benzin şüşəsi ola-ola siqaret yandırıb. Siqareti ağzına aparanda alovlanıb. Burada onun öz məsuliyyətsizliyi olub”.

Hadisə barədə ilk məlumatı lent.az yayıb.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır