www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakının Binəqədi rayonunda 16 mərtəbəli binada yanğın baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Fərman Məlikov küçəsi, 129 A ünvanında qeydə alınıb.

İlkin məlumata görə, 40 nəfərə yaxın tüstüdən zəhərlənən var. Onların arasında azyaşlılar da var. Yanğın binanın elektrik sistemində başlayıb. Hadisə yerinə dərhal yanğınsöndürənlər, eləcə də təcili tibbi yardım maşınları cəlb olunub. Bundan başqa, Binəqədi rayonu 5-ci polis bölməsinin əməkdaşları da hadisə yerində FHN əməkdaşlarına yardım ediblər.

5-ci polis bölməsinin sahə müvəkkili, polis mayoru  Gülağa Lətif oğlu Seyidov bağlı qapı arxasında qalan 8 nəfəri təxliyyə edib. O, sakinlərin həyatını xilas edərkən zəhərlənib.

Bundan başqa bölmənin rəisi, polkovnik-leytenant Səlim Səlimov başda olmaqla, bölmənin şəxsi heyəti yanğının baş verdiyi binada sakinlərin təxliyyə olunmasında böyük hünər göstəriblər.

Yanğın artıq tamamilə söndürülüb. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb.

Emin Səfərov

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5107
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."