yenicag.az

Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! — VİDEO

Bakıda yeni dələduzluq: bu insandan ehtiyatlı olun! — VİDEO

Müəllif: Redaktor

Editor

Sosial şəbəkələrdə yayılan bir videoda adamın özünü avtomobilin qarşısına atdığı əks olunur. Kameraya düşən şəxs əlini avtomobilinizə çırpıb yerə yıxılır ki, guya onu maşınla vurdunuz.

Şəhərin müxtəlif yerlərində dayanan şəxs hazırda Alatavadan Şamaxinkaya çıxan yolda “növbə çəkir”. Amma bu dəfə işi alınmayıb. Videodan göründüyü kimi avtomobil piyadanın yanından asta-asta ötüb keçir, sonradan sürücü arxa tərəfdən tappıltı səsi eşidir. Güzgüdən baxan sürücü arxada bir nəfərin yerə yıxıldığını müşahidə edir. Sürücü maşını kənara verib dayanır, düşən kimi artıq ətrafdakı adamlardan bir neçəsi sürücüyə xəbər verirlər ki, bu adam həmişə bu işlə məşğul olur – əlini maşının arxa tərəfinə vurub özünü yerə yıxır.

Sürücü artıq çıxıb yolun kənarında oturan bu adama yaxınlaşıb və ona xəbərdarlıq edib ki, onu videokameraya çəkib və internetdə yayacaq, piyada dərhal yazıq görkəm alıb: “Mən nə deyirəm ki?.. Ayağım sürüşdü, yıxılanda əlim maşınına dəydi”. Amma başqa hallarda bir çox sürücüləri bu yolla bəlaya salır.

Qeyd edək ki, dələduzluqla məşğul olanlar iki nəfərdir. Qarşıdan gələn adamın son anda avtomobili vurmaq üçün əlini cibindən çıxarması da kameraya düşüb.(Baku.ws)

Yenicag.az

Xəbərlər, Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti