!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda yol çökdü – Avtomobil və piyada yarğana düşdü -Foto

!Reklam – Yazi

ddbe3dde9d43ca74b43a67f9bcfc8201esasBakının Binəqədi rayonunda yol çöküb.

Məlumata görə, hadisə Cəfər Xəndan küçəsində baş verib.

Yol kənarında dayanmış “Nissan” markalı avtomobil yaranmış yarğana düşüb. Hadisə yerinə xüsusi texnika çağırılıb, avtomobil çıxarılıb.

Bundan başqa, yoldan keçən bir nəfər qaranlıqda yaranmış yarğanı görməyib və o da ora düşüb. Xoşbəxtlikdən həmin şəxs heç bir xəsarət almayıb.

Qeyd edək ki, Cəfər Xəndan küçəsindən yeraltı kanalizasiya xətti keçir. Kanalizasiya xəttində baş verən qəza nəticəsində yol yatağı yuyulub. Bu səbəbdən yolda çökmə baş verib.

“Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirib ki, kanalizasiya xəttinin qəza baş vermiş hissəsində təmir işlərinə başlanılıb. Daha sonra isə yolun bərpası istiqamətində işlər aparılacaq.

“Bakı Sukanal” idarəsinin rəis müavini Əlizadə Nəsirov isə deyib ki, qəza baş vermiş kanalizasiya xətti 25 ildən artıqdır istismar olunur. Bu səbəbdən 1200 mm-lik xətdə aşınma olub, nəticədə çökmə əmələ gəlib. Əlizadə Nəsirov yarğana avtomobilin və insanın düşdüyünü təsdiqləyib(APA).

www.yenicag.az

775
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv