www.sinerjipro.net

SinerjiProWide
Reklam

Yasamalda yük avtomobili aşıb, sürücü hadisə yerində ölüb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Howo” markalı yük avtomobili aşıb, kuzada olan qum ətrafa dağılıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və kinoloqları hadisə yerinə cəlb olunub. Xilasedicilər sürücü, 1983-cü il təvəllüdlü Haqverdiyev Xalid Əlirza oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qum altında insan faktorunun olması ehtimalı ilə kinoloqlar xüsusi təlim görmüş itlərlə müvafiq axtarış işləri aparıblar. Əməliyyat başa çatıb.

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 621
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."