!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda zəncirvari qəza: xəsarət alanlar var - FOTOLAR

!Reklam – Yazi

Nərimanov rayonunda 3 avtomobilin toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Həsən Əliyev küçəsində qeydə alınıb. “Hyundai” markalı avtomobil qarşı yola çıxaraq “Volkswagen” markalı avtomobilə sonra “Niva”-ya çırpılıb.

Nəticədə, Nivada olan 31 yaşlı Yeganə Oqtay qızı Bağırova və “Volkswagen” markalı avtomobilin sürücüsü xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Nərimanov Rayon Polis idarəsi və Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Yararsız hala düşən avtomobillər cərimə meydançasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

www.yenicag.az

1940
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv