www.sinerjipro.net

SinerjiProWide
Reklam

Paytaxtın Nizami rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, gənc qız Qara Qarayev prospekti məhəllə 2517/2518 ünvanında yerləşən 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü atıb.

Təxminən 22 yaşlarında olan qız hadisə yerində vəfat edib. Şahidlərin bildirdiyinə görə, gənc qız qeyd edilən binada yaşamır. Onun Şamaxı rayon sakini olduğu bildirilir.

Məlumata görə, qız zorla ərə verildiyi üçün evdən qaçıb və həmin binaya gələrək özünü balkondan aşağı atıb.

Hazırda hadisə yerinə Nizami rayon Polis İdarəsinin əməkdaşları cəlb olunub. Araşdırma aparılır.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1588
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."