Bakıdakı dəhşətli qətldə adı hallanan qız danışdı

Müəllif: Redaktor

Editor

h51Bakıda sabiq polis əməkdaşı, biznesmen Nadir İbrahimovun qətlinə səbəb olan Həbibə Bağırova adlı xanımdır.

Yenicag.az xəbər verir ki, bu haqda anspress məlumat yayıb. Sayt bildirir ki, ilkin versiyaya görə, Rövşən Həsənov Nadir İbrahimovu məhz Həbibə Bağırovaya zəng vurduğuna görə görüşə çağırıb və “Lexus”da tapança ilə 8 güllə vuraraq öldürüb.

H.Bağırova əvvəllər N.İbrahimovun şirkətində işləyib. Amma onun mərhum N.İbrahimovla, eyni zamanda R.Həsənovla hansı münasibətdə olması məlum deyil.

Həbibə Bağırova adı mətbuatda hallandıqdan sonra milli.az-a açıqlama verib: “Nadirin qətlindən mənim heç bir əlaqəm yoxdur. Qətl hadisəsi mənim üstümdə baş verməyib. Düzdü, əvvəllər Nadir İbrahimovun “Butastone” şirkətində işləmişəm. Oradan ayrılandan sonra Nadir məni bir müddət narahat edib. Ancaq Rövşən Həsənov adlı şəxsi, ümumiyyətlə, tanımıram”.

H.Bağırova qeyd etdi ki, baş verən qətldə kimsə onun adını məqsədli şəkildə hallandırır:

“Hadisə baş verən gün prokurorluğa çağırıldım və izahat verdim. Dindirilməyimə səbəb isə mənim əvvəllər Nadirlə bir şirkətdə işləməyim olub. Mən kiminsə ailəsini dağıtmaq, başqa birinin isə öldürülməsini istəmərəm. Öz işim-gücüm, ailəm və ətrafım var”.

Saytın əldə etdiyi məlumata görə, qətl hadisəsi, əslində, söyüş üstündə olub. Nadir İbrahimov telefonda Rövşən Həsənovun ailəsini söyüb. Əsəbləşən Rövşən isə onunla Nizami rayonu ərazisində görüş təyin edib. Elə görüş yerinə gələn kimi Nadiri maşınından düşməyə imkan verməyib. Tapança ilə onu elə maşnın sükanı arxasında öldürüb.

Məlumata görə, Rövşən Həsənov SAB kolbasa zavodunun direktoru hacı Sabirin kürəkəni, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur.

Hadisəyə gəlincə, üç gün əvvəl gecə Nadir İbrahimov idarə etdiyi “Lexus” markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobilində güllələnib. Başqa bir “Lexus” markalı 10 VM 006 dövlət nömrə nişanlı maşının sürücüsü Rövşən Həsənov ona tapança ilə 8 güllə vurub.

Mərhum N.İbrahimov biznesmen Nizami Piriyevin qaynı olan Namiq Əsədovun şəriki idi. İki uşaq atası olan Nadir məşhur müğənni Azər Zeynalovun qaynıdır.

Nadir İbrahimov və Namiq Əsədov “Butastone” şirkətinin həmtəsisçiləri olublar. Onlar arasında konflikt var idi. N.İbrahimov öz şəriki Namiq Əsədovu fəhlələrin maaşını verməməkdə ittiham edirdi. Tərəflər arasında səngiməyən mübahisə məhkəməyə qədər gedib çıxıb və nəticədə Nadir İbrahimov məhkəmədə iddia qaldıraraq Namiq Əsədovla birgə çalışdığı müddətdə “Akkord” şirkəti üçün gördükləri tikinti işlərindən alacaqları 200 min manata yaxın pula həbs qoyulmasını tələb edib. Məhkəmə isə onun iddiasını təmin edib.


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir