İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktyor Elçin Hacılının teatrın texniki işçiləri tərəfindən döyüldüyü barədə məlumat yayılıb. Aktyorun dediyinə görə, üç-dörd qadın – Nərminə Ağayeva, Sevinc Hüseynova və tanımadığı başqa qadınlar onu otağa salaraq döyüblər.

Yeniçag.az-a açıqlama verən direktor İftixar Piriyev məsələyə belə aydınlıq gətirib:

“Yalan söhbətdir. Elçin döyülməyib. Əksinə, o özü teatrda çalışan qadınların üzərinə hücum çəkib. Hadisəni olduğu kimi nəql edirəm, siz də yazın. Mən saat 12:30- da Mədəniyyət Nazirliyinə getmişdim. Ordan teatra qayıdanda gördüm insident baş verib. Teatrın aktyoru “kostyumerşa” Məlahət İsmayılovanın üstünə hücum çəkib. Bu məqamda aktrisa Sevinc Hüseynova onu sakitləşdirməyə çalışıb. O, Sevinci də vurmağa başlayıb. Ortalıq qarışıb, Məlahətin ürəyi gedib, təcili yardım maşını çağırıblar. Mən teatra çatanda insident davam edirdi. İndi də Elçin özünü artistliyə vuraraq, halının pis olduğunu deyir”.

Direktor münaqişənin səbəbini də açıqlayıb:

“Yayda Məlahətlə Elçinin feysbuk yazışmaları olub. Elçin Məlahəti telefonda söyüb, təhqir edib, həmin yazışmalar da onun telefonunda durur. Yeni mövsümdə Məlahət işə çıxanda Elçinə sual verib ki, niyə məni təhqir etmisən? O da başlayıb hay-küy salmağa”.

Xəbəri ilk olaraq ölkə.az saytı yayıb.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 6783
Kateqoriyalar:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."