www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bakı Yunus Emre İnstitutu, Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, İzmir Balçova Bələdiyyəsi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Qardaşlıq və İş Birliyi Dərnəyinin birgə təşkilatçılığı ilə 17-21 Oktyabr 2017-ci il tarixlərində Bakıda Azərbaycan və Türkiyə rəssamlarının iştirakı ilə “Rənglərin qardaşlığı” adlı layihə həyata keçirilib.

Yenicag.az xəbər verir ki, kuratorluğunu Azərbaycan Dövlət sənətçisi, Azərbaycan Rəssamlar İttifaqının üzvü Günay Mehdizadənin etdiyi layihənin sərgisinin açılışı 19 oktyabr 2017-ci il tarixində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində baş tutub.

Sərgidə Türkiyəli rəssamların layihə çərçivəsində İzmirdən gətirdikləri və Bakıda çəkdikləri və Azərbaycanlı rəssamların layihə üçün ərsəyə gətirdikləri rəsmlər nümayiş etdirilib.

Xatırladaq ki, layihənin birinci mərhələsi 28 may – 2 iyun tarixləri arasında Azərbaycanlı rəssamların iştirakı ilə İzmirdə həyata keçirilmişdi. Rəssamların emalatxana fəaliyyətləri turistik gəzintilərlə zənginləşdirilmiş, emalatxana fəaliyyətlərinin ardından əsərləri İzmir Balçova Bələdiyyəsi Mədəniyyət Evində nümayiş etdirilən sənətçilər təşkil olunan kokteylə bir araya toplanmışdılar.

Sərgidə türkiyəli rəssamlardan Bedri Karayağmurlar, Mahmut Durmuş, Reyhan Abacıoğlu, Faden Suzan Kudsioğlu, Gündoğdu Uğraş, Hatice Aydoğan və azərbaycanlı rəssamlardan isə Günay Mehdizadə, Suğra Bağırzadə, Adilə Əfəndi, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Elmar Ağamirzə, Mehriban Mehdizadə və Fatimə Mövlamovanın əsərləri nümayiş etdirilib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 716
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."