www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bir il əvvəl həyat yoldaşı ilə birlikdə Suriyaya gedən azərbaycanlı qadın öldürülüb. Hadisənin ən dəhşətli tərəfi isə azərbaycanlı qadının yanında olan 2 azyaşlı övladının da faciəli şəkildə dünyasını dəyişməsidir.

Yenicag.az xəbər verir ki, musavat.com-un məlumatına görə, ana və övladları Suriyanın döyüşlər gedən bölgələrindən birində faciəli şəkildə ölüblər. Onların ölümünə səbəb isə ailənin yaşadığı ərazinin bombalanması olub.

Məlumata görə, bir neçə gün əvvəl baş verən hadisədə ölən qadın Arzu Əcmidir. Onunla birlikdə həlak olanlar isə 7 yaşlı qızı və 3 yaşlı oğlu olub.

Arzu Əcmi 2015-ci ilin əvvəlində əri Fikrət Əliyevlə birlikdə Suriyaya getmişdi.

İŞİD silahlı terror qruplaşması tərkibində vuruşan 1985-ci il təvəllüdlü Fikrət Əliyev ailəsini də özü ilə birlikdə Suriyaya aparmışdı.

Bakıda doğulan və Zirə qəsəbəsində yaşayan Fikrət Əliyev Suriyaya getdikdən 4 ay sonra döyüşlərdə öldürülmüşdü. Onun meyitinin hazırda döyüş gedən bölgələrdə qaldığı deyilir.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 26
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."