567922016-cı ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarında gediş haqqının ödənilməsi üçün “BakıKart”lardan istifadə olunacaq.

Bu məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

Onun sözlərinə görə bu istiqamətdə iş aparılır – mühəndislər proqramın təminatı üzərində çalışır. Artıq kartların doldurulması üçün lazım olan aparatlar da gətirilib.

N.Əzməmmədov bildirib ki, Bakı sərnişin vağzalında terminallar mövcuddur, onlar digər stansiyalarda da quraşdırılacaq. “Terminalların istifadəyə verilməsi gələn ildən baş tutacaq. Hal-hazırda terminalların təminatı məsələsi üzərində işlər görülür”, – deyə mətbuat katibliyinin rəisi vurğulayıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 4
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."