Bakını lərzəyə salan «avtoş» kimdir? – ŞOK VİDEOLAR

Ötən il «Bakıda yeni “avtoş” peyda olub» başlıqlı xəbər paylaşanda çoxları irad tutmağa çalışdı ki, həmin görüntülər qapalı ərazidə çəkilib. Yəni, guya “BMW” markalı, 10 GJ 011 dövlət nömrə nişanlı avtomobilin sürücüsü avtomobil duracağından başqa heç yanda təhlükəli şou göstərmir.

Yenicag.az xəbər verir ki, bununla belə avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, “avtoş” sürücü Bakıda yol hərəkəti qaydalarını pozmaqla tanınan biridir.

Sosial şəbəkələrdə kiçik bir araşdırma zamanı maraqlı videoal ortaya çıxıb. Həmin görüntülərin dəqiq tarixi məlum olmasa da, görünən budur ki, 10 GJ 011-in sürücüsü qapalı ərazidə öyrəndiklərini ümumi yollarda da tətbiq edir. Xüsusən də, onun toy karvanlarında təhlükəli manevrlər etməsi, asfaltı «yazması», qadağan olunmuş səs siqnallarından istifadə etməsi, eyni nömrəni başqa avtomobilə bağlaması hər şeyin o qədər də “qapalı dairədə” olduğunu göstərmir.

Maraqlıdır ki, yol polisi bu sürücü ilə bağlı konkret tədbir görə bilmir. Ötən il yayılan materialdan sonra ortaya çıxan mənzərə bunu deməyə əsas verir…

Təqdim olunan videolar bu sürücü haqqında fikir formalaşdıra bilir.

 

 

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 17
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."