!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının ən bahalı hotellərində – QİYMƏTLƏR

!Reklam – Yazi

Bakıda hostellər və ucuz hotellərlə yanaşı dəbdəbəli və bahalı hotellər də fəaliyyət göstərir. Amma bu cür hotellər elə də çox deyil. Turizm.fins.az paytaxtda ən bahalı hotel nömrələrinin qiymətlərini təqdim edir.

“Hilton Hotel Baku”

Bakıda ən bahalı hotel nömrəsi şəhərin ən dəbdəbəli hotellərindən biri sayılan “Hilton Hotel Baku”dakı “Prezident suiti”dir. Nömrənin qiyməti 3 889 manatdır. Burada qonaqların komfortu üçün bütün zəruri şərait var.
21-ci mərtəbədə yerləşən və dənizə baxan “Prezident suiti”nin sahəsi 194 kvadratmetrdir. Nömrədə 4 otaq, o cümlədən yataq otağı, hamam və caqquzi mövcuddur. Nömrənin qonaqları hotelin 17-ci mərtəbəsindəki “Launç” restoranına giriş əldə edirlər.

“JW Marriott Hotel Absheron”

Bu hoteldə 202 kvadratmetr sahəsi olan “Prezident suiti”ndə gecələmək qiyməti orta hesabla 18 000 manatdır. Ayrı-ayrı vaxtlarda hoteldəki qonaqların sayından və sifariş vaxtından asılı olaraq bu qiymət dəyişə bilər. Nömrədə zal, yataq otağı, ayrıca mətbəx, 2 vanna otağı və bar var. 21-ci mərtəbədə yerləşən nömrədən dənizə gözəl mənzərə açılır.

“Four Seasons Hotel”

“Four seasons”dakı “Prezident suiti”in qiyməti – 10 700 manatdır. Səhər yeməyini və 18% ƏDV-ni də nəzərə alanda qiymət bir qədər artır.

Qeyd edək ki, “Four Seasons”da “Prezident” kateqoriyalı iki nömrə var – “Liman Prezident” və “Xəzər Prezident”. Hotelin 8-ci mərtəbəsində yerləşən bu otaqlar dənizə açılan möhtəşəm mənzərəyə malikdir.

Otaqların ölçülərinə gəlincə, “Prezident” otaqlarının sahəsi 285 kvadratmetrdir. Burada çoxsaylı yataq, yemək və qonaq otaqları, bir neçə vanna otağı və digər yüksək səviyyəli rahatlıqlar nəzərdə tutulub. “Prezident suiti”nin öz trenajor zalı, türk hamamı və caqquzi otağı var.

Yenicag.az

www.yenicag.az

1315
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv