1405273665_dovlet-yol-polisi-dyp-emekdashlariBu gün səhər saatlarından etibarən Bakı qeydiyyatında olmayan avtomobillərin paytaxta girişinə qoyulan qadağanın tətbiqinə başlanıb.

Səhər saatlarından başlayaraq Sumqayıtdan Bakıya gələn yollarda DYP və PPX əməkdaşları tərəfindən postlar qurulub. Rayon qeydiyyatı olan avtomobillər həmin postlarda saxlanılaraq, geri qaytarılır.

Məlum qadağadan xəbərdar olan sürücülər müəyyən edilən dayanacaqlarda avtomobillərini saxlayaraq, Bakıya ictimai nəqliyyat vasitəsi ilə daxil olurlar.

Məsələdən xəbərsiz olduğunu iddia edən bəzi sürücülər isə qaydaları pozaraq postları keçməyə cəhd ediblər.

Hazırda şəhərində girişində qurulan postlarda polis əməkdaşları gücləndirilmiş rejimdə xidmət aparır(azvision).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 7
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."