Yazı İçi 468×60

129287_res_01Bakının Nəsimi rayonunda Azadlıq prospektilə Həsən Əliyev küçəsinin kəsişməsində 2 uşaq rüşeymi tapılıb.

Bu barədə 1news.az-a hadisənin şahidi olan həkim xəbər verib. Onun sözlərinə görə, embrionlar yolun hərəkət hissəsində zibil qutusunun yanında tapılıb. Şahid bildirib ki, onlar abortdan sonrakı rüşeymlərdir. 10-15 santimetrlik rüşeymlər hamiləliyin təxminən 2-3 aylıq olduğunu göstərir.

O, faktı sübut edən foto və video da göndərib. Mənbənin sözlərinə görə, embrionlar böyük ehtimalla yaxınlıqdakı tibb müəssisələrinin və ya uşaq evlərinin tibbi personalının səhlənkarlığı ucbatından düzgün məhv edilməyib: “Onların qeyri-leqal abortun qurbanı olmaları da istisna olunmur”.

Nəsimi Rayon Polis İdarəsindən bildirilib ki, embrionların aşkarlanmasına dair məlumata malik olmasalar da, fakt üzrə araşdırma aparılacaq. Bundan sonra məlumatın düzgün olub-olmadığı müəyyən olunacaq.

Qeyd edək ki, qaydalara əsasən, “B” sinfinə aid tibbi bioloji tullantılar (abort və düşük nəticələri) xüsusi ərazilərdə dəfn olunmalı və ya xəstəxanalardakı mini-krematorilərdə yandırılma yolu ilə məhv edilməlidir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 21
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."