www.sinerjipro.net

SinerjiProWide
Reklam

1Avqustun 17-də bir qadın Prezident Administrasiyasının binası qarşısında üzərinə benzin tökərək özünü yandırmağa cəhd edib.

Bildirilir ki, hadisə yerində olan əməkdaşın verdiyi məlumata əsasən, qadının bu cəhdinin qarşısı alınıb. Qadının kimliyi dəqiqləşdirilir.

Bundan başqa, Prezident Administrasiyasına vətəndaşların qəbul saatında gələn şikayətçilərlə polis arasında qarışıqlıq yaşanıb. Qəbula gələnlər şikayətlərini lazımi ünvana çatdıra bilmədiklərini bildiriblər.

Özünü yandırmaq istəyən qadın da hərəkətini qarşılaşdığı haqsızlıq və dövlət qurumlarının onu qəbul etməməsi ilə izah edib. Bildirib ki, oğlu barəsində məhkəmə ədalətsiz qərar çıxarıb, şikayəti də bu barədədir.
Onun özünü yandırmasının qarşısı alınandan sonra huşunu itirib. Ona və səhhətində problem yaranan daha bir qadına tibbi yardım göstərilməsi üçün olay yerinə təcili tibbi yardım əməkdaşları çağırılıb.

Jurnalistlərin olayı lentə almasına da imkan verilməyib.

Təqribən 100-ə yaxın şikayətçi Prezident Administrasiyasının binası önünə fərdi qaydada, hərə öz şikayəti ilə bağlı gəlib.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."