yenicag.az
yenicag.az

Bakının məşhur binalarından biri sökülür-Video

Bakının məşhur binalarından biri sökülür-Video

Müəllif: Redaktor

Editor

12192962_133416167014008_1857288923_oqwe (1)Bir vaxtlar Bakının ən məşhur binalarından biri olan tikili sökülür. Səbayel rayonu, Məhəmməd Əmin Rəsulzadə küçəsində yerləşən “Azərbaycan” kinoteatrının binasının söküntüsü başa çatmaq üzrədir.

Hətta gecə saatlarında da davam edən söküntü işlərinin nəticəsi isə hamıya maraqlıdır. Çünki tarixi binanın bir tərəfi və içərisi tamamilə sökülüb, iki yan divarları qalıb. Qalan divarların uçmaması üçün ona dəmir konstruksiya ilə dayaq qoyulub.

Xatırladaq ki, bina hasara alınanda Səbayel Rayon İcra Hakimiyyətindən həmin tikilinin əsaslı təmir olunduğu bildirilmişdi. Sonradan isə məlumat yayıldı ki, bina özəlləşdirilib və təmirə bağlanıb.

Məlumat üçün qeyd edək ki, “Azərbaycan” kinoteatrı 2011-ci ildə fəaliyyətini dayandırıb. Daha sonra kinoteatrın yerləşdiyi tarixi bina hərraca çıxarılaraq satılıb(APA TV)

Cəmiyyət

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti