Bakının peşəkar dilənçiləri: onları qoruyan qanun – FOTOLAR

Bakının peşəkar dilənçiləri: onları qoruyan qanun – FOTOLAR

Müəllif: Redaktor

Editor

236209Bakını onlarsız təsəvvür etmək çətin olar. Şəhərin hər bir yerində onlara istər-istəməz rast gəlirik. Küçələrdə, metroda, avtobuslarda və s.

Söhbət qaraçılardan və dilənçilərdən gedir. Qaraçıları hər kəs tanıyır. Onların həyat prinsipləri insanlara müştəri gözü ilə baxmaqdır. Yanından ötən hər bir şəhər sakini qaraçılar üçün müştəridir.

Getdikcə çoxalan qaraçılar əsasən Bakının insan sıxlığı olan yerlərində dolaşırlar. Yanlarında 4-5 uşaqla “ova” çıxan qaraçı qadın, bir tində körpə uşağını oturdur, qarşısına pul toplanması üçün qutu qoyur və kənarda dayanıb, gözləyir. Bu, sanki ovçunun öz şikarını gözləməsi kimidir. Yemini atır, kənarda şikarını gözləyir.

İnsanların mərhəmət hissindən sui-istifadə edərək pul toplayan bu qadınlar dünyaya gətirdikləri uşaqlara pul qazanma makinası kimi baxırlar. Hər bir körpə uşaq, böyüyənə kimi onu qucağında saxladığı anaya (başqa qadın da ola bilər – red) pul qazandırır. Qadın körpəni qucağında tutaraq, “Uşağım xəstədir. Heç olmasa yeməyini almaq üçün yardım edin. Bacılar, qardaşlar…” sözlərini deyir. Əgər bu işə yaramırsa, uşağın kürəyinə vurur və çimdik atır ki, körpə ağlasın. Ağlayan uşağı görən insanlar, ona pul yardımı edirlər.

Körpə bir az da böyüyür. Artıq onu tək diləndirmək olar. Bir küncə əlinə tütək verib, pul yığdırırlar. Bəzi körpələrin bəxti bu qədər “yaxşı” gətirmir. Onu doğulan kimi şikəst edirlər. Qolunu burub, sındırırlar. Elə edirlər ki, əyri bitsin. Böyüyəndə yaxşı pul yığması mümkün olsun.

Bəzi uşaqlara pul yığmaq üçün yeni yöntəmlər öyrədiblər. Misal üçün, uşaqlar cavan qızların ayaqlarından tutaraq, pul dilənirlər və pul alana qədər əl çəkmirlər. Əgər bu da istənilən effekti vermirsə, bu zaman, əllərini çirki torpağa vurub, o şəkildə ayaqlardan tuturlar ki, “qurban” üstü batmasın deyə ona pul versin. Bir sözlə qaraçılar üçün insan həyatı deyil, pul önəmlidir. Onlara hər kəsə müştəri gözü ilə baxırlar.

Lakin artıq vətəndaşlar da təcrübələnib – qaraçılara pul vermirlər. Çünki saxtakar olduqlarını bilirlər. Amma Bakıda yalnız qaraşılar diləmir. Yaşlı, kimsəsi olmayan insanlar da bu işlə məşğuldurlar. Onlar da pul dilənirlər. Amma sadəcə, yaşamaq üçün. Bəzilərini övladları bayıra atıb, bəzilərinin isə ümumiyyətlə heç kimi yoxdur. Elə övladlar var ki, atalarını, analarını dilənmək üçün işlədirlər. Onların pensiyalarını isə özləri götürürlər.

Bir dəfə yaşlı bir qadının utanaraq, məndən pul istədi. O, bu işlə illərdir məşğul olan dilənçilərdən deyildi. Utanırdı, xəcalət çəkirdi. Pul almaq istəmirdi. Lakin həm də buna məcbur idi. Çünki oğlunu düşünürdü. Ona nə üçün diləndiyini soruşanda cavabı belə olmuşdu: “Oğluma pul göndərməliyəm. Həbsxanada yatır. Mən olmasam, içəridə ölər. Anayam axı, ürəyim dözmür”.

Amma aldanmaq olmaz. Küçələrdə dilənən yaşlıq qadınlar arasında professional dilənçilər də var. Misal üçün bu fotoda gördüyünüz qadın… İllərdir Bakının küçələrində dilənməklə məşğuldur. Hər kəsə bir bəhanə uydurur. Əsasən cavanlara yaxınlaşaraq, pul dilənir. Gənclər də onun yaşlı olduğunu görüb, pul verirlər…

Digər bir professional dilənçi… Fotodakı üz ifadəsi çox şeyi deyir. Artıq sözə ehtiyac yoxdur.

Bu fotodakı yaşlı kişi yeraltı keçiddə dayanıb, pul dilənirdi. Fotosunu çəkib, nə üçün diləndiyini soruşdum: “Heç kimim yoxdur. Pensiya da almıram. Vallah utanıram. Əlimi açıb, kimdənsə pul dilənəcəyimi bilsəydim, yaşamazdım. Eləsi var ki, ələ salır məni. Balaca uşaqlar olur. Əsamı götürüb, qaçırlar. Sonra gedib, yoldan tapıram. Çalışın bu ölkədə qocalmayın”.

Hər birinin bu yola qədər olan öz həyat hekayəsi var. Danışsalar, ürək dözməz. Amma qaraçılar bu cəmiyyət üçün ən təhlükəli olan insanlardır. Lakin qanun onları qoruyur. Belə ki, dəfələrlə polislərin qaraçıları küçədən toplayıb, apardıqlarını görmüşük. Həmin tutulan qaraçı dilənçilər 2-3 gün sonra yenə şəhərin küçələrində insanları narahat etməyə başlayırlar. Buna səbəb, qanunda olan boşluqdur.

Belə ki, qanunvericilikdə dilənçilərlə bağlı hər hansı müddəa yoxdur. Sovet vaxtı işləməyən, avaraçılıq edən şəxsə qarşı cəza nəzərdə tutulurdu. Və ya bəzilər məcburi işlə təmin edilirdi. İndi qanunda belə bir maddə qeyd olunmayıb. Əgər dilənçilər məsuliyyətə cəlb olunarsa bu, qanunsuz hesab ediləcək. Ona görə də, qaraçılar əllərini sallaya-sallaya şəhərdə gəzirlər(musavat.com)

Yenicag.az

Araşdırma, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti