BAKININ “RESTORANLAR KRALI” İLƏ BAĞLI ŞOK – Bir cinayətin tarixçəsi (Sensasiyalı araşdırma)

Müəllif: Redaktor

Editor

Shusa-TeraneKeçmiş müdiri “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının sahibi Elxan və Tahir Qasımov qardaşlarından şikayət edir

Azərbaycanda uzun illər davam edən özəlləşdirmə prosesi zamanı çoxlu sayda qanunsuzluqlar, özbaşınalıqlar baş verib. Rüşvət və korrupsiyanın, ədalətsizliyin ön plana çıxması ilə yadda qalan bu prosesdə, dövlət əmlakı sözün əsl mənasında talan olunub, əksər hallarda özəlləşməyə çıxarılan əmlak onu əldə etmək hüququ olan şəxslərə deyil, tamamilə kənar adamlara satılıb. Bu zaman nəinki vətəndaşların qanunla qorunan hüquqlarına, hətta ən elementar əxlaq normalarına belə riayyət olunmayıb. Özəlləşdirmə zamanı insanların haqlarının açıq şəkildə tapdandığına, səhm almaq hüququ olanların zorbalıqla prosesdən kənarda saxlandığına dair istənilən qədər fakt göstərmək olar.
Bu cür qanunsuzluqlar, cinayətlər hesabına hazırda milyoncu olan, oliqarx kimi təqdim edilən kifayət qədər keçmişi dələduz olan “iş adamı” mövcuddur. Adi bir oğru kimi min cür fırıldaqla başqalarının və dövlətin əmlakını ələ keçirən bu dələduzlar hazırda əyinlərinə bahalı kostym geyib, boyunlarına qalstuk taxaraq, milyonluq obyektlərə sahiblik edir, villalarda yaşayır, özlərini elitanın təmsilçiləri kimi təqdim edirlər. Beynəlxalq Bankda “kredit talançılığı” ilə bağlı başlanan cinayət işi belə “elitar sahibkarların” bir hissəsini ifşa etsə də, onların sayı daha coxdur.
Əlbəttə, iş adamlarımız arasında öz halal zəhməti ilə, uzun illər cəkdiyi əziyyətlər hesabına iri sahibkara çevrilənlər də var. Ancaq nə yazıq ki, belələrinin sayı çox azdır.

Bu gündən başlayaraq dərc edəcəyimiz silsilə araşdırmada da indi böyük iş adamları, Bakının “Restoranlar kralı” kimi tanınan iki qardaşın iri kapital, milyonluq obyektlər sahibinə necə çevrilməsindən ətraflı bəhs edəcəyik. Onların hansı qrup iş adamlarına daxil olması qərarını isə oxucuların ixtiyarına buraxacağıq.
xari_bulbul_toyazSöhbət Bakının məşhur “Xan Bağı”, “Şuşa”, “Çanaqqala” və “Xan qızı” restoranlarının, çoxlu sayda başqa obyekt və villaların sahibi olan, “Restoranlar kralı” kimi tanınan Tahir və Elxan Qasımov qadaşlarından gedir. Əvvəlcədən qeyd edək ki, rəsmi sənədlərdə qardaşlardan birinin – Tahirin soyadı Əbdülqasımov kimi gedir. Onlardan hansının və niyə soyadını dəyişdiyini bilməsək də, 2 qardaşın “Restoranlar kralı”na çevrilmələrinin maraqlı tarixçəsi haqda detallı məlumatlar əldə etmişik.

Bələdçimiz Tahir və Elxan Qasımov (Əbdülqasımov) qardaşlarını hələ 80-ci illərin sonlarından tanıyan, onlarla ailəvi dostluq etmiş, lakin bu “dostluğun” acısını indiyədək çəkən Tağıyeva Təranə Əsgər qızıdır. Qardaşlar tərəfindən aldadılan bu xanım

“AzPolitika.info”ya şikayətində elə mətləblərdən danışıb, faktlar açıqlayıb ki, insan inanmaqda çətinlik çəkir…
Terane TTağıyeva Təranə Əsgər qızı vaxtilə Bakı şəhəri, Nizami rayonu, Qarayev 61 ünvanında yerləşən (“Neftçilər” metrostansiyasının üstü) keçmiş 47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazasının direktoru olub. Hələ SSRİ vaxtı – 1986-cı ildə bu vəzifəyə təyin olunan T.Tağıyeva, mağaza özəlləşdirilənə qədər – 1997-ci ilə qədər adıçəkilən mağazaya rəhbərlik edib. Həmin illərdə sonradan müəmmalı şəkildə milyonçuya çevrilən qardaşlardan biri – Elxan Qasımov əvvəlcə bu mağazada satıcı, sonra isə əmtəəşünas işləyib.

Təranə Tağıyevanın sözlərinə görə, xaraktercə mehriban adam olduğundan, bütün işçiləri ilə səmimi münasibət qurub. Heç vaxt müdir kimi özünü işçilərindən yuxarıda tutmayıb, onlara hər bir qayğını göstərib. Bir-birilərinin xeyrində-şərində doğma adam kimi yaxından iştirak ediblər. O cümlədən mağazada satıcı işləyən Elxanla da ailəvi yaxın münasibətləri olub, onu öz qardaşı bilib. Tahir də həmin vaxtlar tez-tez mağazaya gələrək, qardaşına kömək etdiyindən onu da öz işçilərindən ayırmayıb…
Təranə Tağıyeva deyir ki, Elxan mağazada çalışan yeganə kişi olduğundan mal alımağa, satışdan əldə olunan pulu müvafiq qurumlara təhvil verməyə və sair işlərə bir çox hallarda onunla birlikdə gedib. Mağaza ilə bağlı harasa sənəd göndərmək və yaxud hardansa sənəd götürmək lazım olanda da əsasən Elxanı göndərib. Elə bu səbəbdən də bir müddət sonra Elxanı əmtəəşünas vəzifəsinə keçirib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra – 90-cı illərin əvvəllərində məlum səbəblərdən ölkədə, o cümlədən Bakıda yaranmış sosial-iqtisadi böhran ticarətə də mənfi təsir edib. Buna baxmayaraq, Təranə Tağıyeva mağazanı qoruyub saxlaya bilir. Hətta mal aldıqları fabrik istehsalı dayandırdığından, bəzi növ şirniyyat məhsullarının istehsalını belə mağazada təşkil edib.
Ölkədə kiçik müəssisələrin özəlləşdirilməsinə başlandıqdan sonra keçmiş 47 saylı “Gəncə Şərq” Şirniyyat mağazası özəlləşdirməyə açılır. Həmin vaxt mağazanın direktoru olan Təranə Tağıyeva da, təbii olaraq özəlləşdirmə prosesinə qoşulur.

Haşiyə: Kiçik müəssisələrin (obyektlərin) özəlləşdirilməsi ilə bağlı qaydalara əsasən, nizamnamə kapitalının (obyektin start qiymətinin) 15%-i əmək kollektivi üzvlərinə və onlara bərabər tutulan şəxslərə güzəştli satışa yönəldilir. 85%-i ilk növbədə əmək kollektivi üzvlərinə və obyektin icarədarına təklif olunur, onların imtina etdiyi pay digər şəxslərə satılır.
Kiçik müəssisənin hərraca çıxarılan hissəsi də əmək kollektivi tərəfindən alındıqda, yəni obyekt 100% müdir və işcilər tərəfindən özəlləşdirildikdə hərrac qiymətinin 30% müvafiq qaydada alqı-satqı müqaviləsi bağlandıqdan sonra ən geci 5 gün ərzində VƏKIL OLUNMUŞ ŞƏXS tərəfindən pulla ödənilirdi.
Qeyd edək ki, qanunvericiliyə əsasən, kiçik müəssisələrin özəlləşdirilməsi zamanı müəssisənin əmək kollektivi onların hüquqlarını həyata keçirən VƏKİL EDİLMİŞ ŞƏXS (hüquqi və ya fiziki şəxs) müəyyən edirdi. Bu şəxs əmək kollektivini özəlləşdirməni həyata keçirən orqanlarda təmsil edir, özəlləşdirmə prosesində zəruri işləri görür (müəssisənin özəlləşdirilməsi barəsində ərizəni rəsmiləşdirir, özəlləşdirmə prosesində iştirak edir, zəruri müqavilələr bağlayır və öhdəliklər imzalayır və sair), sənədləşməni aparırdı.
Özəlləşdirmədə vəkil edilmiş şəxsin səlahiyyətli olması üçün əmək kollektivi üzvlərinin və özəlləşdirmədə güzəşt hüququ olan digər şəxslərin 50%-dən çoxunun öz səlahiyyətlərini qanuni surətdə ona verməsi və etibarnamənin müvafiq formada notarial qaydada rəsmiləşdirilməsi tələb olunurdu.

Sherq

47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazası o qədər böyük olmadığından və satıcı qadınlar prosesdə iştiraka maraq göstərmədiyindən, mağazanı Təranə Tağıyeva və Elxan Qasımov şərikli özəlləşdirmək qərarına gəlirlər. T.Tağıyeva mağazanın özəlləşdirilməsində iştirak etmək niyyəti ilə əlaqədar olaraq bütün sənədləşmə işlərini aparmağa başlayır.

Tağıyeva qadın olduğundan, qanunvericiliyə uyğun olaraq özəlləşdirmədə 47 saylı “Gəncə Şərq” Şirniyyatı mağazasının kollektivini təmsil etmək üçün vəkil edilmiş şəxs kimi öz doğma qardaşı kimi inandığı Elxan Qasımovu seçir. Bununla bağlı müvafiq sənədləşmə işləri Nizami rayonu 15 saylı Notariat Kontorunda aparılır. Həmin vaxt 15 saylı Notariat Kontorunun rəhbəri vəzifəsində Eldar Qurbanov işləyir. Hansi ki, bu şəxslə də bağlı cox ciddi ittihamlar var. Bu haqda bir qədər sonra…
Beləliklə, özəlləşdirmə prosesinə start verilir. Lakin ilkin sənədləşmə işləri başa çatan ərəfədə – 1996-cı ildə T. Tağıyevanın ailəsində bədbəxt hadisə baş verir. Həyat yoldaşı gənc yaşında qəfildən ürək tutmasından dünyasını dəyişir. T.Tağıyevanın başı təbii olaraq ailəsindəki yas mərasiminə qarışır. Yas mərasimi başa çatmamış, atasının ölümündən dərin psixoloji sarsıntı keçirən azyaşlı övladı ağır şəkildə xəstələnir. T. Tağıyeva vaxtının müyyən hissəsini övladının müalicəsinə sərf etməyə məcbur olduğundan, özəlləşdirmə ilə bağlı işləri Elxan Qasımova tapşırır.

Bundan əlavə ailəsindəki yas və övladının xəstəliyi ilə əlaqədar bir müddət mağazanın işlərində iştirak edə bilmədiyindən, mal almaq, hesablaşmalar aparmaq və sair işləri Elxan Qasımova həvalə edir. Hətta möhürü belə ona etibar edir.
Sən demə Elxan Qasımov da elə bu fürsəti gözləyirmiş. T. Tağıyevanın sözlərinə görə, müvəqqəti də olsa səlahiyyətləri ələ keçirən Elxan Qasımov, mağazanı ələ keçirmək üçün açıq cinayətə baş vurur. T.Tağıyeva Elxanın bunu qardaşı Tahirin məsləhəti və ya təhriki ilə etdiyi qənaətindədir: “Neçə il Elxanla bir yerdə işləmişəm. Onun maldan, puldan ötrü belə bir visdansızlıq edə biləcəyini heç vaxt düşünməmişəm. Özü də belə insan deyildi. Düşünürəm ki, qardaşı Tahir onu buna vadar edib. Ya da mən onu doğru-düzgün tanımamışam…”

Elxan Qasımov mağazanı ələ keçirmək üçün birinci növbədə T. Tağıyevanı və digər çalışanları işdən kənarlaşdırmaq lazım olduğunu bildiyindən, bu istiqamətdə “fəaliyyətə” başlayır. Və ilk işi T.Tağıyevanı gizlicə və saxta sənədlərlə vəzifəsindən azad etmək olur…

 

Yenicag.az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir