Bakının tanınmış restoranında nöqsanlar aşkarlandı

Bakının tanınmış restoranında nöqsanlar aşkarlandı

Müəllif: Redaktor

Baş Redaktor

d-45Azərbaycanda standartlara cavab verən, müasir xidmət göstərən iaşə obyektlərinin sayı artır.

Bunu açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib.

Buna baxmayaraq qurum rəsmisi qeyd edib ki, bu yaxınlarda Bakının 7-ci mikrorayon ərazisində yerləşən “Cıdır düzü” şadlıq sarayında neqativ hallar aşkar olunub. Ümumiyyətlə, mütəmadi olaraq bütün iaşə, o cümlədən şadlıq saraylarında monitorinqlər apardıqlarını deyən F.Talıblı vurğulayıb ki, neqativ hallar ildən-ilə azalır:

“Bizim işimiz şadlıq sarayları, ümumiyyətlə, iaşə obyektlərinin insanlara təqdim etdiyi qidalara nəzarət etməkdir. Misal üçün, məhsulların köhnə və ya təzə olduğunu araşdırırıq. Son dövrlər bizim tələblərimizi yerinə yetirən, xidmət səviyyəsi yüksələn iaşə obyektlərinin sayı artmaqdadır. Təbii ki, bu, sevindirici haldır”.

F.Talıblı şadlıq saraylarında qonaqlara təqdim olunan menyu məsələsinə də toxunub. O, bu məsələnin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin səlahiyyətinə aid olmadığını vurğulayıb: “Menyu məsələsi sahibkarlarla sifarişçi arasında razılaşma yolu ilə həll olunur. Müəyyən vaxtlarda bir sıra təkliflər edirlər ki, ikitərəfli razılaşma olsun, müqavilə bağlansın. Bu, bizim səlahiyyətimizə daxil deyil və sahibkarlar qarşısında da tələb kimi qeyd olunmayıb”(trend).

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti