236296“Tanrı qədər məşhur olmayana kimi xoşbəxt olmayacam”

Dünya şöhrətli müğənni Madonnanın həyat qaydalarını təqdim edirik:

Elvis – kraldır, mənsə kraliçayam. Mən sizə demişdimmi, ad günüm onun ölümünün ildönümüylə üst-üstə düşür?

Pul mənim üçün bir o qədər əhəmiyyətli deyil. Pulun nə qədər çox olsa, bir o qədər də problemin olar. Amma şöhrət – narkotik kimidir. O, sənin daxilindəki boşluğu doldurur.

Xarici görünüş aldadıcıdır. Uşaqlıqda mən çalışqan məktəbli qız, nümunəvi uşaq idim. Heç vaxt atamla dalaşmaz, narkotik qəbul etməz, dərslərdən qaçmazdım. Elə ki otuz yaşım tamam oldu, zəncirdən qopdum.

Həyat mənə nəyi öyrətdi? Güzəştə getməyi. Bu, zəiflik nümayiş etdirmək deyil: sadəcə mən anladım ki, biri var insanlara təzyiq göstərərək, onları qorxudaraq nəyəsə nail olursan, biri də var incə vasitələrlə nail olursan.

Daha bir dərsi mənimsədim: heç bir halda mətbuata demək olmaz ki, Argentina prezidenti sənin lifçiyinin bağına baxırdı. Xüsusilə də əgər sən Argentinaya qayıtmaq istəyirsənsə.

Mən düzgün həyat adlandırılan qaydalara dözə bilmirəm. Əgər məndən nəyisə gözləyirlərsə, tərsliyimə salıb, məhz onu etmək istəmirəm.

Uşaqlıqda Tanrıya çox inanırdım. İsa peyğəmbər mənim üçün kinoulduz, kumir idi. İndi isə kilsə mənim üçün sığınacaq oldu, o, mənə insanlarla vəhdət hissini aşılayır. Mən kilsə doqmalarıyla və doktrinalarıyla razılaşmaya və bununla belə kilsə mərasimlərində iştirak edə bilərəm.

Bakirəliyin itirilməsinə mən karyera qurmaq üsullarından biri kimi baxırdım.

Bir çox insanların gözlərində analıq məni daha hörmətə layiqli və daha münasib etdi. Belə demək mümkünsə, istifadə üçün daha rahat etdi. Digər tərəfdən, düşünmürəm ki, uşaq doğmağım məni seksuallıqdan məhrum etdi. Syuzen Sarandon, Mişel Pfayfer – axı onlar hələ də seksualdırlar, elə deyil? Seksuallıq uşağın olub-olmamasına baxmır.

Yüz il qoyun kimi yaşamaqdansa, bir il pələng kimi yaşamaq yaxşıdır.

Öz övladlarım olandan sonra atamı başa düşməyə başladım.

Nəyinsə qarşısında qorxumun olması adətən onu bildirir ki, mən bunu etməliyəm.

Qəlbən mən, bir zamanlar kafedə şirniyyat satan həminki qızam. O qız ki, qəfildən bütün kafe müştərilərinin üzərinə şirniyyat bişirilməsində istifadə olunan mürəbbə tökdü və buna görə də işdən qovuldu.

Madonna adı ilə mən necə müğənni ola bilərdim? Məndən yaxşı rahibə və ya başqa nəsə çıxardı. Başqa variantlar yox idi.

Şöhrət – narkotik kimidir, o, sənin daxilində boşluğu doldurur. Tanrı qədər məşhur olmayana kimi xoşbəxt olmayacam(qaynar.info).

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 42
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."