www.sinerjipro.net

SinerjiProWide
Reklam

107770_res_01Bakirəliyini satmaq üçün internetdə tanış olduğu şəxslə görüşmək üçün Rusiyanın Perm vilayətinə gedən, ancaq tələyə düşərək zorlanan və özünü 3-cü mərtəbədən atan 20 yaşlı Azərbaycan vətəndaşının kimliyi məlum olub.

Həmin qız Bakıda anadan olub, adı Kristinadır. O, “Əli və Nino” filminin çəkilişlərində iştirak edib və Bakıdakı I Avropa Oyunları zamanı könüllü qruplarından birinin rəhbəri olub.

Xatırladaq ki, Azərbaycan vətəndaşı olan 20 yaşlı qızın Perm vilayətinin Bereznikovsk rayonunda 29 yaşlı şəxsə bakirəliyini 14 min dollara satmaq barədə razılıq əldə etdiyi, lakin həmin şəxs tərəfindən aldadılaraq zorlandığı barədə çoxsaylı Rusiya KİV-ləri yazıb.

Rusiya İstintaq Komitəsinin Bereznikovsk rayonu üzrə İstintaq İdarəsindən bildirildiyinə görə, hadisə bu il iyunun sonlarında baş verib. Azərbaycan vətəndaşı olan qız internetdə Prikamye şəhər sakini ilə yazışaraq “iş” barədə razılığa gəlib.

29 yaşlı həmin şəxs yazışdığı qıza təyyarə bileti alıb və qız Azərbaycandan Perm vilayətinin Berezniki rayonuna gedib. Qızı aeroportda qarşılayan həmin şəxs onu əvvəlcədən hazırladığı mənzilə aparıb.

“Gənclər öz aralarında pul barədə razılığa gəliblər, bundan sonra qız oğlanın pulu ödəmək qabiliyyətinin olduğuna əmin olmaq istəyib. O, xahiş edib ki, oğlan həmin məbləğə malik olduğunu təsdiq edən bank sənədi təqdim etsin. Bunun əvəzində oğlan müqavilənin imza yeri olan son səhifəsini və başqa sənədə aid olan rekvizitləri qıza təqdim edib.

Tərəflər müqavilə imzalayıblar, ancaq qız müqaviləni oxumadan imzalayıb, təkcə orada göstərilən 5 milyon rubl məbləğinə baxıb. Əslində isə məlum olub ki, həmin şəxs qızı aldadıb və onun imzaladığı müqaviləyə əsasən qız özü oğlana 5 milyon rubl verməli idi”- deyə işi aparan baş müstəntiq Denis Yefimçev bildirib.

Qız sənədi imzalayandan sonra aldadıldığını başa düşüb və oğlanı yumruqlamağa başlayıb. Oğlan da onu döyüb. O, qonağını qorxutmaq üçün hüquq-mühafizə orqanlarında işlədiyini və tabe olmasa, başına hər cür iş gələcəyini deyib.

Prikamye sakini qıza bildirib ki, ondan qaçıb gizlənmək mümkün olmayacaq və müqavilədə göstərilən 5 milyon rublu ödəməsə, Bereznika rayonunda fahişəliklə məşğul olmağa məcbur olacaq.

Nəticədə qız tabe olub və onlar gecəni bir yerdə keçiriblər. Həmin şəxsə intim xidmət göstərməklə yanaşı qız kamera qarşısında yarışılpaq poza da verməli olub. Səhər tezdən oğlan qızı mənzildə qoyub və qapını bağlayaraq işə gedib. Zərərçəkən qaçmağa qərar verib.

“Qız döşəkağılarından kanat düzəldib. Onunla mənzildən aşağı düşməyə çalışıb, ancaq heydən düşdüyü üçün üçüncü mərtəbədən aşağı yıxılıb. Onu təsadüfən yoldan keçənlər aşkar ediblər və təcili yardım çağırıblar. Qıza çanaq sümüyünün sınması diaqnozu qoyulub”- deyə müstəntiq bildirib.

Qızın şikayətindən sonra hüquq-mühafizə orqanları həmin oğlanı həbs ediblər və bu gün ona qarşı rəsmi ittiham irəli sürülüb. Onu zorlamada və başqasının azadlığını zorla məhdudlaşdırmaqda ittiham edirlər.

Bu hadisə mətbuatda geniş rezonans doğurandan sonra jurnalistlər zərərçəkən qızın kimliyini müəyyən edə və istintaqa verdiyi ifadənin məzmunu ilə tanış ola biliblər.

Kristina adlı qız deyib ki, bu addımı maddi imkansızlıq üzündən atıb. Daimi qazanc mənbəyi olmayan qız yaşamaq üçün vəsait axtarıb. Onun atası bir neçə il əvvəl, anası isə bu yaxınlarda vəfat edib.

Kristina əvvəllər müxtəlif şəhərlərə və ölkələrə səyahət etməyi xoşlayıb. Hərçənd ki, maddi imkanı ürəkaçan deyildi. Buna baxmayaraq o, dünya miqyaslı populyar musiqi qruplarının konsertlərinə və sərgilərə bilet tapıb. Həmçinin aktrisa karyerasına başlayıb, kinoda baş rola çəkilmək xəyalında olub. Bakıda “Əli və Nino” filminin çəkilişlərində iştirak edib.

Prikamye sakini olan 29 yaşlı Mixail

Bundan başqa Kristina Bakının ictimai-siyasi həyatında fəal iştirak edib. Bakıda keçirilən I Avropa Oyunları zamanı könüllülər qrupunun rəhbəri olub.

Onu aldadan şəxs isə Bereznikov rayonunun Mixail adlı 29 yaşlı sakinidir. Məlum olub ki, bu, Mixailin bakirəliyini almaq adı ilə aldatdığı ilk qız deyil. 2011-ci ildə o, qonşu rayondan olan qızı eyni üsulla aldadıb və həbs edilib. Daha sonra məcburi psixoloji müalicəyə göndərilib. Həmin şəxsin proqramçı işlədiyi bildirilir(virtualaz).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 36
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."