!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıya gələcək bütün “Formula 1” pilotları məlumdur – SİYAHI

!Reklam – Yazi

1e578cYarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər
Ötən gün Formula 1-də boş olan son vakansiya da tutulduqdan sonra komandaların tam heyəti formalaşıb. Avtosfer.az “f-1.az” saytına istinadən məlumat verir ki, bununla da iyun ayında ölkəmizə gələcək komandaların tam heyəti məlum olub.

Bu il çempionatda 11 komanda iştirak edir və hər bir komandanı iki sürücü təmsil edir. Ona görə də Hökumət Evinin qarşısındakı start-finiş düzlüyündə iyunun 19-da dünyanın ən sürətli 22 sürücüsünü görəcəyik. Qeyd edək ki, peletonda 5 dünya çempionu (Sebastian Fettel, Lyuis Hemilton, Fernando Alonso, Kimi Raykkönen və Censon Batton) yarışacaq.

Aşağıdakı cədvəldən də göründüyü kimi, peletonda ən təcrübəli sürücü Censon Battondur. Britaniyalı sürücü 17-ci mövsümünə hazırlaşır və indiyə kimi 287 Qran-Pridə iştirak etməklə 284 yarışda start alıb, 15 mindən çox dövrə vurmaqla 75.5 min km-dən çox məsafə qət edib. Bakıya gələn sürücülər arasında ən titullusu dördqat dünya çempionu Sebastian Fettel olsa da, qələbə sayına görə cəmi bir qələbəlik üstünlük sonuncu dünya çempionu Lyuis Hemiltondadır – 43 qələbə. Amma S.Fettel 2013-cü ilin ikinci yarısında ardıcıl 9 qələbə qazanmaqla adını “Formula 1” tarixinə yazdırıb.

Podiumların sayına görə Bakıya gələcək sürücülər arasında Fernando Alonso (90) liderlik etsə də, pouldan və birinci cərgədən start almaq üzrə lider L.Hemiltondur. Sürətli dövrələrə görə Kimi Raykkönen (42) rəqiblərini çox qabaqlayır. S.Fettelin 28 dubluna (pouldan start almaqla qələbə qazanmaq) L.Hemilton 9 het-triklə (poul, qələbə və sürətli dövrə) cavab verib. Startdan finişədək liderlik daha çox etdiyinə görə (13 dəfə) S.Fettel peletonda 4 dəfə Böyük Dəbilqə (het-trik və startdan finişədək liderlik) qazanmış sürücüdür.

S.Fettel həm də “Formula 1” tarixində indiyə qədər ən çox xal qazanmış sürücüdür. Hazırda onun hesabında 1896 xal var.

Amma Bakıda keçiriləcək yarışa qədər təqvimdə 7 yarış var və bu cədvəldəki bir çox göstəricilər üzrə adlar dəyişə bilər.

http://avtosfer.az/upload/news/ee7822.jpg

 

www.yenicag.az

494
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv