!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıya qaçdı, zorlandı, 15 yaşında hamilə qaldı - Sevdanın başına gələnlər...

!Reklam – Yazi

Bakıda avtomobil qaçırmaqda və quldurluq etməkdə təqsirləndirilən gənclərin məhkəməsi keçirilib.

Yenicag.az xəbər verir ki, onlardan birinin yetkinlik yaşına çatmayan qıza qarşı seksual hərəkətlər etməsi də üzə çıxıb. Zərərçəkmiş şəxs məhkəmədə ifadə verib. Prosesdə tərəflər arasında mübahisə yaranıb.

Musavat.com-un məlumatına görə, Bakı Ağır Cianyətlər Məhkəməsində oğurluqda və quldurluqda təqsirləndirilən 1997-ci il təvəllüdlü Xıdırov Elməddin Mirzə oğlu, 1994-cu il təvəllüdlü Həsənov Famil Polad oğlu və 1999-cu il təvəllüdlü Qasımov Nahid Nail oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxslərdən 20 yaşlı Elməddin Xıdırov başqa cinayət əməlini törətməkdə də ittiham edilir. Belə ki, ona Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə də cinayət işi açılıb.

Qeyd edilən epizod üzrə zərərçəkmiş şəxs məhkəmədə ifadə verib.

Yetkinlik yaşına çatmayan Sevda Qasımova (ad və soy ad şərtidir) məhkəmədə ifadə verərkən təqsirləndirilən şəxslərdən yalnız Elməddin Xıdırovu tanıdığını deyib. O, başına gələnləri məhkəmədə danışıb.

Bildirib ki, Masallıdakı evlərindən qaçdıqdan sonra Bakıya gəlib. O, Bakıda başqa bir dostu vasitəsi ilə Elməddin Xıdırovla tanış olub. S.Qasımova gecə qalmağa yerinin olmadığını və Elməddin Xıdırovun təklifi ilə onun dediyi evə getdiyini söyləyib. Zərərçəkmişin dediyinə görə Elməddin Xıdırov həmin evdə onunla cinsi əlaqədə olub.

Sualları cavablandıran S.Qasımova deyib ki, evdəkilərlə yola getmədiyi üçün evdən qaçıbmış. O da məlum olub ki, zərrəçəkmiş şəxs E.Xıdırovla Bakıda çimərliyə belə gedib. O, bunu öz xoşu ilə etdiyini söyləyib.

Sevda məhkəmənin suallarına cavabında deyib ki, evində gecələdiyi Elməddin onunla zorla cinsi əlaqdə olub.

Dövlət ittihamçısının sualına cavab verən S.Qasımova daha əvvəl də evdən qaçdığını və qardaşı ilə aralarında problemlərin olduğunu söyləyib. O, bildirib ki, başqa şxəslərlə sosial şəbəkələrdə danışmasına 23 yaşlı qardaşı icazə vermirmiş və onunla mübahisə edirmiş.

Zərərçəkmiş hazırda anası ilə yaşadığını və hadisədən sonra polisə məlumat verməməsinin səbəbini valideynlərindən qorxması ilə izah edib.

Məhkəmədə hadisənin daha dəhşətli təfərrüatı üzə çıxıb. Məlum olub ki, yetkinlik yaşına çatmayan S.Qasımova bu yaşananlardan sonra hamilə qalıbmış. 15 yaşında hamilə qalan S.Qasımova daha sonra uşağı abort etdirdiyini söyləyib. S.Qasımova kimdən hamilə qalması ilə bağlı suala dəqiq cavab verməkdə çətinlik çəkib və daha əvvəl də başqa şəxslə cinsi əlaqədə olduğunu bildirib. Daha sonrakı fikirlərində isə E.Xıdırovdan hamilə qaldığını söyləyib.

Zərərçəkmişin bu dediklərinə təqsirləndirilən Elməddin də cavab verib. Söyləyib ki, S.Qasımovanı heç nəyə məcbur etməyib: “Birlikdə qaldığımız gecə mağazaya da getdik. Əgər onu zorla saxalasaydım oradan qaçardı və ya kiməsə nəsə deyərdi. Dedikləri yalandır”.

Məhkəmədə zərərçəkmiş anası Mətanət Xəlilova (ad və soy ad şərtidir) da ifadə verib.

O deyib ki, qızı qardaşı ilə mübahisə etdikdən sonra evdən qaçıb. Ana bildirib ki, qızının “20 Yanvar” metrosu yaxınlığında olmasından xəbər tutduqdan sonra onu evə qaytarıb. Axşam qızı ona Elməddin adlı şəxs tərəfindən zorlandığını deyib.

“Məni aldatdı ki, gecəni parkda qalmışam. Qolunda izlər var idi. Nə olduğunu bilmədim. Sonra danışanda polisə müraciət etdik”- deyə zərərçəkmişin anası söyləyib.

Övladları ilə məşğul olmaması və onları tək qoyması haqda suallara cavab olaraq isə ana bunları deyib: “Mən xərçəng xəstəsiyəm. İrana dəfələrlə müayinəyə getmişəm. Ataları da yoxdur”.

Ana təqsirləndirilən şəxsin vəkilinin zərərçəkmiş qızının daha əvvəl də evdən qaçması və başqa şəxsin ona qarşı seksual hərəkətlər etməsi haqda suallarına cavabında bunları bildirib: “Asim adlı şəxs qızımın arxasınca düşürdü. Onu istədiyini deyirdi. Qardaşı da qızımla ona görə dalaşıb. Biz də Asim qızımı rahat buraxsın deyə polisə şikayət etdik. Amma o, qızıma heç nə etməmişdi”.

Məhkəmədə təqsirləndirilən Elməddin Xıdırovla zərərçəkmişin anası arasında mübahisə düşüb. E.Xıdırov S.Qasımovanın könüllü olaraq onunla olduğunu və ananın da yalan danışdığını bildirib. Bu zaman tərəflər arasında gərginlik yaranıb. Zərəçəkmiş və anası məhkəmə zalından çıxarılıb. Zərrəçəkmişin anası Elməddin Xıdırovu hədələyərək anasının başını kəsəcəyini deyib.

Qeyd edək ki, təqsirləndirilən 3 gəncin cinayət əməli barədə yayaılan məlumatda bildirilirdi ki, onlar yanvarın 21-də Nəsimi rayonu ərazisindən Bakı şəhər sakini Əyyub Səfərova məxsus “VAZ-2107” markalı avtomobil qaçırıblar.

Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Elməddin Xıdırov, Ağstafa rayon sakini Famil Həsənov və Lənkəran şəhər sakini Nahid Qasımov tutulublar.
Saxlanılanların ətraflarında aparılan əməliyyat tərbirləri ilə onların yanvarın 21-də rayon ərazisində Sumqayıt şəhər sakini Elçin İsmayılova və Lənkəran şəhər sakini İlham Məlikzadəyə zor tətbiq edib onlardan 200 manat pul almaları da müəyyən edilib.

www.yenicag.az

9644
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv