www.sinerjipro.net

SinerjiProWide
Reklam

Gürcüstanın “Adjara Group Hospitality” şirkəti nin yenicə istifadəyə verdiyi təyyarə taksilərinin Bakıya uçuş qiyməti açıqlanıb.

Yeniçağ.Az seyyah.az-a istinadən xəbər verir ki, təyyarə taksilərlə Tiflisdən Bakıya və geriyə (yəni iki tərəfə) uçuş qiyməti 6930 dollar təşkil edir. Tiflisdən Bakıya bir tərəfli uçuş da bu qiymətə başa gələcək, çünki istənilən halda təyyarə Tiflisə qayıtmalıdır.

Təyyarə taksi ilə Tuiflisdən Istanbula və geriyə uçuş isə 11200 dollar təşkil edir.

Bu qiymətə təyyarə-taksinin təyinat yerində 5 saat gözləməsi də daxildir. Yəni sərnişin getdiyi yerdə işini 5 saat ərzində bitirərsə həmin təyyarə ilə geri qayıda bilər. Ləngimə 5 saatdan artıq olarsa əlavə ödəniş tələb olunacaq.

Bundan əlavə aeroportdakı qonaqlama xidməti xərcləri də ödənilməlidir – adambaşına 150 dollar.

Bakıya uçuş üçün 2 həftə əvvəlcədən sifariş vermək lazımdır. Vaxtında sifariş verilməsə qiymətlər artır. İstanbula uçuş üçün isə 2-3 gün əvvəlcədən sifarış verilməlidir.

Qeyd edək ki, “Beechcraft king Air C90 GTx” taksi təyyarələri Tbilisi beynəlxalq aeroportundan Gürcüstanın bütün yerli aeroportlarına, eləcə də, Bakı, Yerevan, İstanbul, Trabzon və digər regionlara uçuşlar həyata keçirəcək.

Yeni, müasir tipli avadanlıqla tam təchiz olunmuş təyyarə 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Uçuş zamanı sərnişinlərin təhlükəsizliyi, biznes-klasslara cavab verən bütün tələblər yerinə yetiriləcək.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."