!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Baku Electronics” çökdü

!Reklam – Yazi

bakuelekwsedf (1)“Baku Electronics” yeni il kampaniyasını dayandırdı.

Şirkət Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı üzən məzənnə rejminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsini əsas gətirərək bu addımı atıb. Artıq “Baku Electronics” yeni il “Dekabr kompaniyası! Baku Electronics-də 12 ay %-siz kredit şərtlərindən yararlanmağa və hədiyyəli məhsullar əldə etməyə tələsin!” kompaniyası ilə bağlı mağazalarının üzərində yerləşdirdiyi reklam lövhələrini də yığışdırıb.

Hazırda şirkətin əksər məhsullarında- LCD televizorlar, soyuducu, paltaryuyan, tozsoran, noutbukların satışında qiymət artımı müşahidə edilir. Məhsulların kreditlə satışını dayandırıb.

Artıq şirkətin rəsmi saytında da yerləşdirilən kompaniya bölümü silinib.

Xatırladaq ki, şirkət fevralın 21-də manatın ilk devalivasiyasından sonra da qiymət artımı etməsi səbəbindən İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən cərimə olunmuşdur. Xəbərdə deyilirdi ki, son dövrlərdə “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətlərinin süni şəkildə artırıldığı barədə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə çox saylı vətəndaş müraciətləri daxil olmuşdur.

Dövlət Xidməti tərəfindən aparılmış araşdırmalar zamanı “Baku Electronics” MMC tərəfindən satılan məişət avadanlıqlarının qiymətləri ilə manipulyasiya edilməklə qiymətlərin əsassız artırılması əlamətlərinin olduğu müəyyən edilmişdir.

Bununla əlaqədar “Baku Electronics” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.(Xezernews)

www.yenicag.az

784
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv