www.sinerjipro.net

SinerjiProWide
Reklam

Bu saatlarda İçərişəhərdə, Qala meydanı deyilən ərazidə “Baku Shopping Festival”ın açılışı baş tutdu.

Yeniçağ.az xəbər verir ki, açılışa “Natiq” ritm qrupunun çıxışı ilə start verilib. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə təşkil edilən proqramda bir sıra tanınmış incəsənət ustaları çıxış edəcəklər.


Açılışda iştirak edən Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov Yeniçağ.az-a açıqlamasında bildirib ki, paytaxtda ilk dəfə keçirilən “Shoppinq Festival”ı insanların alış-verişi üçün mühüm imkanlar yaradır:

“Artıq Bakıda fəaliyyət göstərən 110-a yaxın satış mağazası bu festivala qoşulub. Festival çərçivəsində vətəndaşlar 50-yə yaxın mehmanxana və restoranın xidmətindən istifadə edə biləcəklər. “Tax free” sistemi istifadədədir, əcnəbilərlə yanaşı, ölkə vətəndaşları da bu xidmətdən yararlana bilər”.

Vuqar Şıxməmmədovun sözlərinə görə, gün ərzində “Tax free” xidmətindən istifadə olunub:

“Vergilər Nazirliyi tərəfindən 7 alış-veriş mərkəzində xüsusi köşk quraşdırılıb. Vətəndaşlar ƏDV-ni əldə etmək üçün alış-veriş etdikdən sonra qəbzlərini köşklərdə təsdiq etdirməli, sonradan mərkəzi banklardan birinə yaxınlaşaraq ƏDV-ni geri almalıdırlar. Onu da qeyd etmək istəyirəm ki, İçərişəhərdə keçirilən tədbir festival çərçivəsində ilk mədəni tədbirdir.Festivalın rəsmi açılış mərasimi bu güb saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq”.

Gülnarə Eynullaqızı
Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 304
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."