Bakuinfo.az saytının 3 yaşı tamam oldu

Bakuinfo.az saytının 3 yaşı tamam oldu

Müəllif: Redaktor

Editor

bakuinfoBugün Azərbaycanda öz dəsti-xətti, nüfuzu ilə seçilən Bakuinfo.az informasiya portalının 3 yaşı tamam olur.

3 il öncə təsis edilən Bakuinfo.az portalı müstəqil informasiya siyasəti həyata kecirən media qurumudur. Saytda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan basqa, internet saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır. İnternet qəzet siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq, şərhsiz xəbər yayır. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı oxucular da aktiv iştirak edə bilərlər. Bakuinfo.az informasiya portalı ölkəmizdə fəaliyyət göstərən internet media resursları arasında özünün xüsusi çəkisi olan bir portaldır. 3 il az bir müddət olmasına baxmayaraq Bakuinfo.az saytı kifayət qədər oxucu auditoriyası qazanmağa müvəffəq olub. Cəmiyyətdə spesifik, ciddi sayt kimi qəbul olunan Bakuinfo.az saytı bu qısa zaman kəsiyində həm də xalqın poliqonuna çevrilməyi bacarıb. Təbii ki, bu işdə saytın yaradıcı kollektivinin böyük zəhməti var.

Yenicag.az saytının baş redaktoru və kollektivi adından Bakuinfo.az ailəsini təbrik edirik!

 

Media, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti