!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə 31 yaşlı kişi üzərinə benzin tökərək özünü yandırıb

!Reklam – Yazi

1479647180_1Balakəndə 31 yaşlı kişi intihar etmək məqsədi ilə özünü yandırıb.

Hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün saat 18:00 radələrində hələki istintaqa məlum olmayan səbəbdən rayonun Hənifə kənd sakini 1985-ci il təvəllüdlü Kamil Nəsrullah oğlu Dovşanov yaşadığı ünvanda intihar etmək məqsədi ilə üstünə benzin tökərək özünə od vurub.

Son anda yaxınlarının köməyi ilə xilas olunan K. Dovşanov Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, K. Dovşanovun yanıq xəsarətləri ağır olduğu üçün ona xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Balakən rayon prokurorluğunda araşdırma aparılır.

Yeniçağ.Az

www.yenicag.az

653
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv