!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baldızının 5 yaşlı qızına sataşan şəxsə 14 il həbs verildi

!Reklam – Yazi

113241_res_01Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qıza seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Bakı şəhər sakini Zaur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur Məmmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Xətai rayonunda baş verib. Zaur Məmmədov qonşuluqda yaşayan bacanağının 5 yaşlı qızı Xatirəyə (ad şərtidir-red) dəfələrlə seksual xarakterli hərəkətlər edib.

Uşağın valideynləri hadisədən xəbər tutandan sonra polisə müraciət ediblər. Polisin əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Məmmədov həbs edilib.

Ona Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb(virtualaz).

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv