!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAMF-ın sədri UNICEF –in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri ilə görüşüb

!Reklam – Yazi

unnamedBeynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Edvard Karvardinlə görüşüb. Görüşdə BAMF sədri Umud Mirzəyev UNICEF–in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri cənab Karvardini yeni təyinatı münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Müzakirələrdə UNICEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı proqramının rəhbəri Aida Ailarova da iştirak edib. Görüş zamanı UNICEF-lə BAMF arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Xatırladaq ki, BAMF-ın həyata keçirdiyi layihələrdən ən vacibi UNICEF-in maliyyə dəstəyi ilə Azərbaycanın 21 rayonunda reallaşdırdığı “Azərbaycan Gənclərinə Dəstək Proqramı” layihəsidir. Bu layihə 3 il ərzində ümumilikdə 1500-dən çox gənci əhatə edərək bölgələrdə qərarların qəbul olunmasında, ekologiya, fərdi inkişaf, işlə təmin olunma və pis vərdişlərə qarşı mübarizə sayəsində gənclərin lokal layihələr hazırlamasına böyük dəstək verib.

www.yenicag.az

512
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv