BAMF-nun rəsmiləri regionlara səfər edib

BAMF-nun rəsmiləri regionlara səfər edib

Müəllif: Redaktor

Baş Redaktor

dsc_0095BMT Uşaq Fondunun və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində regionlara səfər edib

BMT Uşaq Fondu və onun yerli tərəfdaşı Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəsmiləri Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində Goranboy, Tərtər və Bərdə rayonlarının İcra hakmiyyəti başçıları ilə mühüm görüşlər keçirib. Görüşdə BMT Uşaq Fondunun yeniyetmə və gənclərin işləri üzrə mütəxəssisləri xanım Aida Aylarova və Natiq Umarov, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, fondun əməkdaşı və Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsinin koordinatoru Qiyas Abasov iştirak edib.
Səfərin məqsədi Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi çərçivəsində yaradılan Yeniyetmə və Gənclərdən İbarət Məşvərət Şuraları ilə İcra hakimiyyətləri arasında qarşılıqlı əməkdaşlıq və birgə layihələrin növbəti il üçün icra hakmiyyətlərinin fəaliyyət planına əlavə olunması idi. Görüşlərdə Goranboy rayon İcra hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev, Tərtər rayon İcra hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov və Bərdə rayon İcra hakmiyyətinin başçısı cənab Vidadi İsayev və İcra hakimiyyəti aparatlarının digər rəsmi şəxsləri, Yeniyetmə və Gənclərdən ibarət Məşvərət Şuralarının üzvləri iştirak etdilər.
Görüş çərçivəsində iştirakçılara Azərbaycan Gənclərinə Dəstək Proqramı layihəsi haqqında məlumat verən BAMF sədri Umud Mirzəyev və BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova layihə çərçivəsində seçilən rayonların cəbhə xəttinə yaxın rayonlar olmasının heç də təsadüfi olmadığını qeyd etdilər. Layihə çərçivəsində həmin rayonların cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində yaşayan yeniyetmə və gəncləri fövqəladə hallarla bağlı psixoloji hazırlıq, mina təhülkəsizliyi kimi təlimlərə cəlb olunacaq. BMT Uşaq Fondunun rəsmisi Aida Aylarova BMT-nin Uşaq Hüquqları Konvensiyası haqqında iştirakçılara məlumat verdi və bu konvensiyaya qoşulan ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi. Azərbaycan hökuməti və yerli icra hakmiyyəti orqanlarının bu cür layihələrə dəstək olmaları və qoşulmalarının, həmin konvensiyada qeyd olunan uşaqların cəmiyyətdə fəal iştirak etmək və eşidilə bilmək hüquqlarının təmin olunması istiqamətində önəmli addım olduğu, yerli icra hakimiyyətləri tərəfindən edilən bu cür təşəbbüslərin və bu təcrübənin dünya ölkələrinə model olaraq təqdim olunmasının vacibliyini qeyd etdi. Bundan başqa Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı yeni iqtisadi modelinin gənclərə investisiyaların qoyulması olduğu və bu qoyulan investisiyaların böyük gəlirlər gətirdiyi vurğulandı. Layihə çərçvisində İcra hakmiyyətləri ilə on minlərlə region gəncinin içindən seçilmiş Məşvərət Şurası üzvlərinin birgə həyata keçirəcəyi fəaliyyətlərin cəbhəyanı rayonların inkişafına müsbət təsiri olacağı İcra hakimiyyəti başçıları tərəfindən qeyd olundu. Bu cür layihələrin regionlarda ixtisaslı kadrların yetişdirilməsi və istedadlı gənclərin üzə çıxarılması istiqamətində mühüm addım olduğu və bu layihənin model olaraq dövlət səviyyəsində digər rayonlarda da həyata keçirilməsinin gözəl nəticələrə səbəb ola biləcəyi görüş sırasında vurğulandı. Görüş çərçivəsində Tərtər, Bərdə və Goranboy rayonlarının gənclərinin içindən seçilmiş üç fəal gənc layihənin regionlar üzrə koordinatoru təyin olundu və onlarla əməkdaşlıq haqda müqavilə imzalandı. Görüş sonunda Məşvərət Şuraları ilə birgə fəaliyyətlərin Goranboy, Tərtər və Bərdə rayonlarının növbəti il üçün illik fəaliyyət planına salınması ilə bağlı razılıq əldə olundu.

3-cü-sektor

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti