!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BAMF prezidenti Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb – Fotolar

!Reklam – Yazi

Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisini ziyarət edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral fondun prezidenti Umud Mirzəyevlə görüşüb. Görüş Azərbaycan və Türkiyə mediası arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları ətrafında fikir mübadiləsi aparmaq məqsədi daşıyıb.

BAMF rəhbəri, Mətbuat Şurasının sədr müavini Umud Mirzəyev bildirib ki, hər iki ölkə mediası Azərbaycan və Türkiyənin ortaq maraqlarından çıxış edərək fəaliyyət göstərməkdədir. “Bu, illərdən bəri həyata keçirilən işlərin ən böyük nəticəsidir. Rəsmi səviyyədə olduğu kimi, media müstəvisində də işbirliyinin uğurlarından söhbət açmaq üçün kifayət qədər dolğun əsaslar var.”

Görüşdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral BAMF prezidenti ilə eyni fikri bölüşdüyünü dilə gətirib. O, eyni zamanda, ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq bağlarının möhkəm təməllər üzərində qurulduğunu deyib.

Ölkəmizdə fəaliyyət göstərdiyi müddətdə Türkiyə və Azərbaycan arasında əlaqələrin inkişafına hər zaman dəstək olacağını bildirən səfir Erkan Özoral BAMF-ın fəaliyyətini yaxından izlədiklərini, təşkilatın nailiyyətlərinin kifayət qədər sevindirici olduğunu diqqətə çatdırıb.

Sonda səfir BAMF-ın ofisi ilə yanaşı “Eurasia Dairy” analitik informasiya portalının iş şəraiti ilə də yaxından tanış olub. Qeyd edək ki, ziyarət zamanı səfiri Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz müşayət edib.

Yenicag.az

www.yenicag.az

757
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv