Yazı İçi 468×60

unnamed (11)İsveçrənin Cenevrə şəhərində 25-ci Dünya Təmiz Enerji Konfransı çərçivəsində Azərbaycanın vətəndaş cəmiyyəti sahəsində tarixi bir uğura imza atılıb. Aralarında Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində ən aktiv qeyri-hökümət təşkilatlarından biri Beynəlxalq Avrasiya Mətbuat Fondunun da olduğu rəmzi olaraq 3 qitəni birləşdirən, 3 böyük təşkilat arasında əməkdaşlıq sənədi qəbul edilib. BAMF-ın sədri Umud Mirzəyevlə yanaşı bu sənədi Avropanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Beynəlxalq Davamı Enerji Təşkilatının rəhbəri Dr. Gustav R. Grob və Afrikanı təmsil edən Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının rəhbəri Dr. Kamel Esseghairi imzalayıblar. Sənəddə qeyd olunur ki, Əsrlər boyu Qafqaz-Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika regionlari böyük insan köçlərinin və nəticədə regionların bir- birilə qaynayıb qarışmasının şahidi olmuşdur və bu da Afrika ,Asiya və Avropa regionlarının kəsişməsinə və bir -birinə son dərəcədə qarşılıqlı təsir etməsinə səbəb olmuşdur. Bu baxımdan 2016-ci il nöbəti iyirmi il üçün gələcək insan transformasiyalarında dönüm nöqtəsi oldu. 2016-cı il həm də Dayanıqlı İnkişaf Hədəflərinin gündəm məsələlərinin tətbiq olunduğu və sonraki Paris İqlim sazişinə töhvə verildiyi il oldu. Yüksək dərəcədə transformasiya konteksini və regionları nəzəra alaraq 17 Dayanıqlı İnkişaf Hədəflərinə və o cümlədən temperatur artımını 1.5 ° C -yə kimi məhdudlaşdırmaq hədəfinə riayət edərək, 3 Qeyri-Hökumət Təşkilatı və vətəndaş cəmiyyəti fəalları Qafqaz-Mərkəzi Asiya, Orta Şərq və Şimali Afrika ölkələrinin zəif və əlverişsiz icmalara töhvə vermək üçün səylərini və resurslarlarını birləşdirərək aşağıdakılar ətrafında tərəfdaşlıq etmək üçün bir araya gəliblər. Əsasən təmiz enerjinin bütün insan toplumları arasında mövcudluğu, davamlı və ədalətli paylanması, elektrik enerjisinin generasiyası, mobil telefon instant kommunikasiya və başlanğıc investisiya vasitələri sayəsində davamlı və ədalətli yerli inkişafın təmin edilməsi, davamlı inkişaf və kapitalın, malın, insan resurslarının ədalətli, nizamlı, dinc qaydada hərəkəti əməkdaşlığın prioritetlərindəndir.

“Three Legs” (Üçtərəfli partnyorluq) Afrika-Asiya-Avropa Tərəfdaşlığı davamlı və təmiz elektrik istehsalı və istifadəsini təbliğ edən və dəstəkləyən tərəfdaş təşkilatlarla, özəl sektordan, parlament və vətəndaş cəmiyyəti nümayəndələrindən, hökumətdən, alimlər və akademiklərdən, QHT-lərdən və yerli hakimiyyət orqanları və bələdiyyələrlə əməkdaşlığı genişləndirməyə çalışacaq.

İmzalanma mərasimindən sonra BAMF sədri bəyan edib ki, bu günkü imzalanma tarixi əhəmiyyət daşıyır. İlk dəfədir ki, Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti təmsilçisi belə bir qlobal hərəkata qoşulur. Bu faktın qürurverici olduğunu bildirən cənab U.Mirzəyev əmin olduğunu bildirib ki, bu istiqamətdə işlər daha aktiv formada davam etdiriləcək. İstisna olunmur ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu digər vacib beynəlxalq layihələrdə də Azərbaycanı təmsil edərək ölkəmiz üçün ciddi nailiyyətlər qazansın. İstənilən halda bu nailiyyət həm də bütövlükdə Azərbaycan vətəndaş cəmiyyətinin böyük bir qələbəsidir.

Qeyd edək ki, 3 tərəfli sazişə imza atan digər 2 təşkilat dünyanın sayılıb seçilən təşkilatlarıdır. “Yeniləşən və Səmərəli Enerji naminə Beynəlxalq Davamlı Enerji Təşkilatı” (İSEO) davamlı enerjinin dəstəyi sayəsində dünyada sosial -iqtisadi inkişafı hədəfləyən qurumdur. Təşkilat 2003-cü ildə BMT-nin Davamlı İnkişaf Hədəfləri Proqramının Konteksti əsasında yaradılıb. Dünyada sağlamlığa, ətraf mühitə, iqlimə və sülhə ziyanı olmayan bütün enerji növlərini, mənbələrini, sistemlərini özündə ehtiva edən İSEO-nun davamlı enerji platforması çərçivəsində BMT agentlikləri, qeyri hökumət təşkilatları və BMT üzvü olan ölkələr əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Təşkilatın dünyanın 5 qitəsində bölmələri fəaliyyət göstərir. Təşkilat BMT-nin sülhün dəstəklənməsi, beynəlxalq əməkdaşlığın güxləndirilməsi, beynəlxalq təhlükəsizlik naminə silahlanmanın qarşısının alınması prinsiplərin əsasında çalışır.
Digər təşkilat Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platforması (APPFREE) isə 2010-cu ildə yaradılmış beynəlxalq qurumdur. Təşkilat dünyanın müxtəlif ölkələrinin yeniliklərinin ərəb dünyasına transformasiyası, qabaqcıl texnologiyaların və idarəetmənin ərəb dünyasında tətbiqi, davamlı və yeniləşən enerjinin dayanıqlı inkişaf prioritetlərinə uyğun olaraq tətbiqinin öyrənilməsi məqsədi ilə fəaliyyət göstərir. Qurum 10 Afrika və 12 Asiya Ərəb ölkələri arasında elektrik enerjisi və sağlam alternativ enerji mənbələrinin sosial-iqtisadi inkişafa təsirlərini öyrənir.

Qeyd edək ki, 3 tərəfli əməkdaşlığın və bu əməkdaşlığa aid birgə layihələrin əsas idarəetmə mərkəzi məhz Bakıda yerləşəcək.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 28
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."