!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Banişevskisiz 20 il…

!Reklam – Yazi

Bu gün Azərbaycan futbonun əfsanəsi Anatoli Banişevskinin ölümündən 20 il ötür.

Yenicag.az xəbər verir ki, 1946-cı ildə Bakıda dünyaya göz açan “Banya”, 16 yaşında “Neftçi”nin əsas heyətində debüt edib. Bundan 3 il sonra SSRİ millisinə çağrılan Banişevski yığmada ilk 8 oyununda 7 qol vurmuş və qısa müddətdə əsas heyətin əvəzolunmaz üzvünə çevrilmişdi.

1966-cı ildə “Neftçi”nin heyətində SSRİ çempionatının bürünc medalını qazanmış “Banya”, həmin il yığma komanda ilə dünya çempionatının yarımfinalında oynayıb. Ümumilikdə SSRİ yığmasının forması ilə 50 matçda meydana çıxmış Banişevski, 19 dəfə rəqib qapılarına yol tapıb. Karyerası ərzində yalnız “Neftçi” klubunun şərəfini qorumuş unudulmaz əfsanə sadiqliyi ilə azarkeşlərin qəlbini fəth etib.

“Neftçi”də 288 oyun keçirmiş hücumçu, 136 qolla sevimli komandasının qələbələrində pay sahibi olub. SSRİ çempionatı və kuboku, həmçinin yığma komandanın heyətində 100 dəfədən artıq fərqləndiyi üçün bombardirlərin “Qriqori Fedotov klubu”na üzv qəbul edilib.

Banişevski 1981-ci ildə “Neftçi”də məşqçi fəaliyyətinə başlayıb. Doğma komandasında iki mövsüm çalışmış Anatoli Banişevski, 1984-1988-ci illərdə Burkina-Faso millisində məşqçi vəzifəsini yerinə yetirib.

1996-cı ilə Banişevski ümummilli lider Heydər Əliyev tərəfindən, “Şöhrət ordeni” ilə təltif olunub. Amanısız xəstəlik “Banya”nı 51 yaşında məğlub edib. Oyunu və sadiqliyi ilə milyonların sevgisini qazanmış Anatoli Banişevski 1997-ci il dekabr ayının 10-da dünyasını dəyişib.

Allah rəhmət eləsin!

www.yenicag.az

2393
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv