23827sfgBiləsuvar rayonunda daha bir intihar hadisəsi baş verib.

Bu barədə “Qafqazinfo”ya məlumatı rayon sakinləri verib. Məlumata görə, bu gün rayona bitişik Bəydilli kəndinin sakini Cavanşir adlı şəxs özünü asaraq intihar edib. Təxminən 40 yaşı olan Cavanşirin özünü asmasına səbəb kimi banklara olan borcu göstərilir. Mərhum ailəli olub, bazarda meyvə satırmış.

Qeyd edək ki, təxminən bir ay öncə Biləsuvarda ölkədə rezonansa səbəb olan intihar hadisəsi baş vermişdi. Biləsuvar Telekommunikasiya Qovşağının rəisi İlkin Ağayev iş otağında özünü asmışdı.

Xatırladaq ki, Azərbaycanda tez-tez vətəndaşlar banka borclarına görə intihara cəhd edirlər.

 

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 8
Kateqoriyalar:
Etiketlər:
Mənbə:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."