!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İnflyasiya riski qalxdıqca bank faizləri düşməyəcək” – Elman Rüstəmov  

!Reklam – Yazi

Milli Məclisin bu gün davam edən büdcə müzakirələrində çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov deputatların iradlarına cavab verib.

Yenicag.az xəbər verir ki, Elman Rüstəmov sualların cavabına ölkənin bank sektorundakı vəziyyətlə bağlı danışaraq başlayıb. Onun sözlərinə görə, hazırda maliyyə sektorunun sabitləşməsi istiqamətində addımlar atılır:

“Hazırda ölkə banklarında 6,5 milyard manat sərbəst vəsait var. Bunun real biznesə yönləndirilməməsinin ciddi səbəbləri var və onlara diqqət yetirilməlidir. Əgər bu vəsait biznesə yönəldilə bilmirsə, iki sahəyə yönəldilə bilər. Bu sahələrdən biri istehlak bazarıdır. Kreditlərin bu bazara yönləndirilməsi ölkədə qiymətlərin yenidən sıçrayışına səbəb ola bilər”.

Daha sonra yüksək bank faizləri mövzusuna toxunan Mərkəzi Bankın sədri bunu inflyasiya riski ilə əlaqələndirib:

“Ölkədə inflyasiya riski qalxdıqca bank faizləri düşməyəcək. Çünki qeyri-müəyyənlik olduğuna görə, banklar itki ilə qarşılaşmamaq üçün belə bir riskə getmək istəmir. Hazırda ölkədə konservativ pul siyasəti həyata keçirilir. Bu da artıq müəyyən müsbət nəticələrini verib”.

A.Zeynalov

www.yenicag.az

1807
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv