www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Azərbaycanda bank hesablarının açılması ilə əlaqədar yeni qaydalar hazırlanır”.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

Onun sözlərinə görə, bu qaydalar artıq müzakirə üçün Azərbaycan Banklar Assosiasiyasına göndərilib.

Aslanlı qeyd edib ki, dünya təcrübəsində hesabların açılmasında çoxlu suallar verilir. Məsələn, hesaba daxilolmaların orta həcminin nə qədər olacağı, hansı ölkələrdən olacağı, hesab açan şəxsin fəaliyyət növü və sairə.

“Bu gün 8 Azərbaycan bankının xarici banklarda hesabları bağlıdır. Onlar bizim bankların müxbir hesablarını, müştərilərin unifikasiyası üzrə tələblər beynəlxalq standartlara cavab vermədiyinə görə, bağlayırlar”, – Aslanlı deyib.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 58
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."