!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bank of Baku” işçi axtarır – VAKANSİYA

!Reklam – Yazi

“Bank of Baku” Rəqəmsal Marketinq Mütəxəssisi vəzifəsinə işçi axtarır.

Yenicag.Az-ın məlumatına görə, ali təhsilli (biznes istiqamətli), rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi olan namizədlər vakansiya ilə bağlı müraciət edə bilərlər. İşlə bağlı son müraciət tarixi mart ayının 16-dır.

Əsas vəzifə və öhdəliklər:

– Bankın sosial şəbələrdəki səhifələrinin idarəedilməsini təmin etmək;
– Bankın korporativ və məhsul saytlarının mütəmadi olaraq yenilənməsi, kontentin hazırlanması və ümumi nəzarətin  təşkili;
– Müxtəlif onlayn kanallar vasitəsilə Bankın reklam fəaliyyətini həyata keçirmək;
– Bankın rəqəmsal platformada aktivliyinin təmin edilməsi.
Seçim meyarları:
– Ali təhsil (biznes istiqamətli);
– Rəqəmsal marketinq üzrə 1 il və daha artıq iş təcrübəsi (maliyyə sektorunda təcrübə arzuolunandır);
– Analitik düşünmə qabiliyyəti;
– Yüksək ünsiyyətqurma və yazı bacarığı;
– Əla Azərbaycan dili, rus dili və orta səviyyədə ingilis dili bacarığı;
– Yaradıcı və qeyri-standart düşüncə tərzi, stressə davamlılıq

İş şərtləri

– İş yeri: Bank of Baku Baş Ofis
– İş vaxtı: 5 iş günü, 09:00-18:00

Yuxarıdakı tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində Rəqəmsal Marketinq sözünü qeyd etməyi unutmayın.

Yenicag.Az

www.yenicag.az

927
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv