Yazı İçi 468×60

125017_res_01Bu gün Bakıdakı bank filialları və valyutadəyişmə məntəqələrinin əksəriyyətində ABŞ dollarının satışı dayandırılıb. Bir neçə banka məxsus valyutadəyişmə mərkəzi isə ümumiyyətlə işləmir.

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta mübadiləsi əməliyyatları üçün yenidən marja (+/- 4%) tətbiq etməsindən sonra dollar qıtlığı yaranıb.

Virtualaz.org saytının bank və valyutadəyişmə məntəqələrində müşahidə aparan əməkdaşı xəbər verir ki, xarici valyutaya tələb yüksək olduğu üçün valyutadəyişmə məntəqələrinin qarşısında növbələr müşahidə edilir. Hazırda dolların rəsmi alış məzənnəsi 1,5642, satışı isə 1.65 manatdır.

“Atrabank”ın 30 saylı valyutadəyişmə məntəqəsində dollar satışı dayandırılıb. “NBC” bankın valyutadəyişmə məntəqəsində də dollar satılmır.

“NBC bank”ın Nəsimi filialından saytın əməkdaşına deyiblər ki, səhər saatlarında dollar satışı aparılıb. Lakin hazırda dollar yoxdur: “Dollar satılıb qurtarıb. İndi isə gözləyirik, bəlkə günortadan sonra dollar oldu”.

“Yunayted Kredit Bank” da dolların satışını dayandıran banklar sırasındadır. Banka məxsus valyutadəyişmə məntəqələrində dolların satışı aparılmır.

“Bank of Baku”nun Nəsimi filialından isə satışda dollar olmadığını deməklə kifayətləndilər.

“Zamin bank”a məxsus valyutadəyişmə məntəqələri isə bağlanıb. Lakin məntəqənin qarşısında dolların alış məzənnəsi 1.56, satışı isə 1.626 manat göstərilib.

Nəsimi rayonu, 28 May küçəsində yerləşən 10 valyutadəyişmə məntəqəsinin heç birində dollar satışı aparılmır.

Valyutadəyişmə məntəqəsinin satıcısı Emin Babayev dünən axşamdan dollar satılmadığını təsdiqləyib: “Dollar ucuzlaşan kimi alıcıların sayı artır. Buna görə də dollar qıtlığı yaranıb. Biz də hələ ki gözləyirik. Dollar olan kimi satışa başlayacağıq. Hazırda satışda avro, rus rublu var”.

Alıcılar isə dolların satılmamasında bankları günahlandırırlar. Bakı şəhər sakini Nəzakət Hüseynova deyir ki, dünəndən dollar ala bilmir: “Dollar ucuzlaşan kimi satışdan yığışdırıldı. Amma 1.85 manata bütün banklardan almaq olurdu. Səhər saatlarından bütün bankları gəzirəm. Heç kim dollar satmaq istəmir”.

Valyutadəyişmə məntəqəsinin qarşısında gözləyən Asim Məmmədov adlı alıcı isə “qara bazarda” 1 dolların 2 manata satılmasından şikayətlənir: “Səhər saatlarında əfqanlar 1 dolları 2 manatdan satırdı. Amma deyirlər ki, “qara bazar”dan dollar alan da cinayət məsuliyyətinə cəlb ediləcək. Müalicəyə getməliyəm, dollar ala bilmirəm”.

Qeyd edək ki, Mərkəzi Bank yanvarın 11-dən banklardan daha aşağı məzənnə ilə ABŞ dolları əldə etməyin mümkün olacağını açıqlamışdı.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 38
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."