Yazı İçi 468×60

forex-dollar-euro-300x211Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında nağd dollar satışında yenidən qıtlıq müşahidə olunur.

“Report”un analitik qrupunun Bakı şəhərinin mərkəzində yerləşən kommersiya banklarında apardığı monitorinq nəticəsində məlum olub ki, bir çox bankda ABŞ dollarının satışı dayandırılıb, digərlərində isə satışa məhdudiyyət qoyulub.

“Silkway Bank”, “Amrahbank”da dollar satışının olmadığı, “Bank of Baku” və “Xalq Bank”da isə satışa 1 000 dollarla məhdudiyyət qoyulduğu bildirilib. Bir çox digər kommersiya banklarında da nağd ABŞ valyutasının satışı dayandırılıb və ya 500-1000 dollarla məhdudlaşdırılıb.

Xatırladaq ki, AMB bu günə dolların rəsmi məzənnəsini 1,5980 AZN/USD səviyyəsində təyin edib. Bu da o deməkdir ki, kommersiya bankları bu günə nağd dollar satışını AMB-nin təyin etdiyi 4%-lik marja nəzərə alınmaqla maksimum 1,6619 AZN/USD-yə apara bilər.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."