!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklar əhalini mafiaya yönləndirir – Azərbaycanda şok gerçək

!Reklam – Yazi

84380Bu ilin yanvar-sentyabr aylarında xaricdən Azərbaycana daxil olan pul köçürmələri ötən ilin müvafiq dövrünə baxanda 31,9% azalaraq 863 milyon dollara bərabər olub. 2014-cü ilin yanvar – sentyabr aylarında ölkəyə 1 milyard 267 milyon manat vəsait daxil olmuşdu.

ANS PRESS-in araşdırmasına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB)2015-ci ilin 9 ayı üzrə pul siyasəti barədə icmalında bildirilir.

Xaricdən Azərbaycana pul köçürmələrinin azalması əsasən iki səbəblə izah edilir. Birinci səbəb kimi Rusiyadan pul köçürmələrinə görə bankların daha yüksək faiz tələb etməsi göstərilir. “Əvvəllər pul köçürəndə əsas məbləğin 3%-in tələb edirdilər, indi 8% istəyirlər. Ona görə də pul göndərənlərin əksəriyyəti daha ucuz başa gələn qeyri-rəsmi yollara əl atırlar”,- deyə adının gizli qalmasını istəyən azərbaycanlı miqrant ANS PRESS-ə bildirib.

Son üç ildə Azərbaycana daxil olan pul baratları, mln.$

Onun dediyindən belə çıxır ki, bankların köçürməyə görə yüksək faiz tələb etməsinə görə əmək miqrantları gizli fəaliyyət göstərən qruplaşmalara müraciət edirlər: “Bu adamlar məsələni telefonla həll edirlər, pul bir-iki dəqiqənin içində Azərbaycandakı adama çatır. Yəni Moskvada pulu alan qeyri-rəsmi bankirin adamı Bakıda eyni dəqiqədə pulu müştərinin adamına çatdırır. Təbii ki, üzərində 1-2% götürür”.

ANS PRESS-in moskvalı müsahibinin dediyinə görə, Azərbaycanın müxtəlif bölgələri üzrə bu cür etibar qazanmış köçürmə qrupları fəaliyyət göstərir: “Belə daha rahat olur. Adamlar banka getmədən, işdən ayrılmadan məsələni elə həll edirlər”.


Azər Mehdiyev – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri
Pul köçürmələrinin azalmasının əsas səbəbi isə Azərbaycanın əmək miqrantlarının əsasən üz tutduğu Rusiyada vəziyyətin ağırlaşması ilə bağlıdır. İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehdiyevin sözlərinə görə, Rusiyadan gələn vəsaitlərin azalması Azərbaycanın, demək olar ki, bütün regionlarında özünü göstərir.

“Rayonlarda bir çox ailələr Rusiyadan gələn köçürmələr hesabına dolanır. İndi gələn pul azaldığından camaatın istehlak səviyyəsi də aşağı düşüb. Bu, ticarətdən tutmuş əmlak bazarına qədər bütün sahələrə təsir edir. Rusiyadan gələn pulların azalması üzündən banklar hətta əhaliyə kredit vermək istəmirlər”,- deyə Azər Mehdiyev ANS PRESS-ə bildirib.

Manatın devalvasiyası üzündən bazarda baş verən bahalaşma əhalinin vəziyyətini daha da ağırlaşdırıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci ilin 9 ayında Azərbaycanda ev təsərrüfatlarının istehlak xərcləri ötən ilin müvafiq dövrünə nəzərən 19,3% artıb.

Azər Mehdiyevin fikrincə, dövlət bu problemi həl etmək üçün əyalətlərdə yeni iş yerlərinin yaradılmasının qeydinə qalmalıdır: “Bunun üçün rayonlarda kiçik və orta biznesə müdaxilələrin qarşısı alınmalı, biznesdə azad rəqabət mühiti yaradılmalıdır. İcra hakimiyyətləri biznes təşəbbüslərinə dəstək verməlidir”.

Azərbaycan ailələrinin istehlak xərclərinin əvvəlki ilə nisbətən dəyişməsi (%-lə)

Hökumət pul köçürmələrində də faizlərin aşağı salınmasına nail olmalıdır. Azərbaycan vətəndaşının qeyri-rəsmi fəaliyyət göstərən pul köçürmə qruplaşmalarına müraciət etməsinin həm müştərilər üçün, həm də dövlət üçün arzuolunmaz tərəfləri var. Birincisi, rəsmi dövriyyədən kənarada qalan vəsaitlər vergi nəzarətindən də kənar olur, nəticədə dövlət büdcəsi xeyli vəsait itirir. Həm də sadə vətəndaşlar pulu heç bir sənəd imzalmadan cinayətkar qruplaşmalara etibar edirlər. Bu isə yeni cinayətlərə səbəb ola bilər.

Əmək miqrantları 2-3%-lə xidmət göstərən beynəlxalq pulköçürmə xidmətlərinə də müraciət edə bilər. Amma onların xidmətindən yalnız iri şəhərlərdə istifadə etmək mümkündür. Əhali əsasən ölkə üzrə geniş şəbəkəyə malik banklara etibar edir. Buna görə də hökumət bu cür banklarda köçürmə faizlərinin azaldılmasının da qayğısına qalmalıdır.

Yenicag.az

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv