!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banklarda 4 milyon itki

!Reklam – Yazi

2167Bu yaxınlarda Mərkəzi Bank ölkədə 8 bankın ziyanla işlədiyini bəyan etdi. Açıqlamaya görə, bu il bank sektoru 38 milyon 450 milyon ziyana məruz qalıb. Ziyanla işlədiyi bildirilən 8 bank orta hesabla 4 milyon 806 min manat itki ilə üzləşib.

Ötən ilin eyni dövrü ilə müqayisədə 1 banka düşən orta mənfəət isə 2 milyon 653 min manat, 1 bank üzrə orta ziyan isə 2 milyon 533 min manat artıb. Hazırda ziyanla işləyən həmin bankların birləşdirilməsi tövsiyə olunur.

Bankların birləşdirilməsi məsələsi isə bu banklarda əmanətləri olan vətəndaşları narahat etməyə başlayıb. Çünki həmin banklarda vətəndaşların əmanətləri olmaqla yanaşı, bu banklardan müəyyən şərtlər daxilində kreditlər də götürülüb.

Sual yaranır ki, banklar birləşdirildiyi təqdirdə vətəndaşların əmanətlərinin aqibəti necə olacaq?

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, ziyanla işləyən bankların birləşdirilməsi bu bankların əhalinin qarşısındakı öhdəliklərinə təsir göstərməyəcək.

“Məsələn, vətəndaşın bu banklardan birində 20 min manat əmanəti varsa bank birləşəndən sonra avtomatik olaraq vahid bankın səlahiyyətinə keçir. Yəni həmin bank əhalinin əmanətlərinin saxlanması imkanına malik olur. Sadəcə bu zaman vətəndaşın əmanətinin qoruyub saxlanması, vəsaitlərinin ödənilməsi ilə birləşdirilərək yaradılan bir bank məşğul olacaq. Bu isə o deməkdir ki, vətəndaşların əmanəti itməyəcək”, deyə Vüqar Bayramov bildirdi.

Təbii ki, hər bir bankın kredit verərkən öz faiz dərəcələri və şərtləri olur. Ziyanla işləyən 8 bankın da hər biri tətbiq etdiyi müqavilədə nəzərdə tutulan şərtlər daxilində vətəndaşlara kreditlər təqdim edir.

Bu banklar biləşəndən sonra vətəndaşların kreditlərinin aqibəti necə olacaq? Kredit şərtləri qorunub saxlanacaq, yoxsa yeni şərtlərlə təqdim ediləcək? Vətəndaşların böyük əksəriyyətində belə fikir yaranıb ki, zərərlə işləyən banklardan götürdükləri kreditlərin ödənilməsində bu banklar birləşəndən sonra problemlər yaranacaq.

V.Bayramov isə narahtlığa heç bir əsasın olmadığını deyir. Onun sözlərinə görə, ziyanla işləyən 8 bank vətəndaş qarşısında məsuliyyət daşıdığı kimi birləşəndən sonra da bu, eyni qaydada davam edəcək.

“Vətəndaşların götürdükləri kreditlər mövcud kredit şərtləri daxilində digər bankın funksiyasına keçəcək. Məsələn X bankı A və ya B bankına birləşdirilirsə, vətəndaş bu banklardan birindən götürdüyü kredit zamanı razılaşdığı müqavilənin mövcud şərtləri qüvvədə qalacaq. Kredit şərtləri, faizləri eyni qaydada davam etdiriləcək. Bankların birləşdirilməsi nə bankın vətəndaş qarşısında öhdəliyinə, nə də bankların kredit şərtlərinə təsir edəcək”, deyə ekspert dedi.

Ümumiyyətlə, bankların birləşdirilməsi indiki halda müsbət xarakter daşıyır. Nəzərə alsaq ki, bankların bir qismi ziyanla işləyir bu banklar ya birləşdirilməlidir, ya da müflis olmalıdır. Həmin bankların müflis olması indiki halda bank sektoru üçün arzuolunmaz deyil.

Vüqar Bayramov hesab edir ki, bankların sayının azalması bu sektorda ciddi problemlərə gətirib çıxara bilər. Bankların birləşməsi isə qeyri kapitala malik bankların sayının artmasına səbəb olacaq. Bu isə bank sektorunun güclənməsinə, banklar arasında daha ciddi rəqabətin aparılmasına gətirib çıxaracaq. Bankların birləşdirilməsi prosesi uğurla baş verərsə, eyni zamanda bu süni şəkildə deyil, bankların öz istəyi ilə həyata keçirilərsə bu sektora çox müsbət təsir edəcək. Bankların birləşdirilməsi təklif edilən kredit faizlərinin də aşağı düşməsinə gətirib çıxara bilər. Sadəcə olaraq bu birləşmə heç bir halda inzibati metodlarla həyata keçirilməməlidir.

www.yenicag.az

585
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv